Accessibility links

ABŞ məcburi əmək iddiaları səbəbindən 5 Çin şirkətinə məhdudiyyət tətbiq edir


ABŞ Çinin Sincan bölgəsində məcburi insan əməyindən istifadə etdiyi iddia olunan beş Çin şirkətinə ticarət məhdudiyyətləri tətbiq edib.

Ağ Ev cümə axşamı bildirib ki, şirkətlər Çin hökumətinin təsdiqi ilə Sincan bölgəsindəki uyğurların və digər müsəlman azlıqların məcburi əməyindən isitadə edir.

"Çin Xalq Respublikasının Sincandakı uyğur əhalinin və digər etnik, dini azlıqların əməyindən sistematik şəkildə sui-istifadə edir və bu sui-istifadə hallarını diqqətdə saxlamaq Bayden-Harris administrasiyasının əsas prioriteti olmağa davam edəcək" deyə Ağ Evdən verilən açıqlamada bildirilir.

ABŞ "Hoshine Silicon Industry Company"-dən silika tərkibli materialların idxalına, eləcə də "Xinjiang Daqo New Energy", "Xinjiang East Hope Nonferrous Metals", "Xinjiang GCL New Energy Material Technology", "Xinjiang Production and Construction Corps" şirkətlərlərinə ixraclara qadağa tətbiq edib.

Bundan əlavə ABŞ "Uşaq əməyi və ya məcburi əmək vasitəsi ilə istehsal olunan malların siyahısı"-na polisilikonu əlavə edib.

Çinin Xarici İşlər Nazirinin nümayəndəsi Jao Lijian cümə axşamı erkən saatlarda ABŞ-ın qadağalarına cavab olaraq bildirib ki, Çin şirkətlərinin haqlarını və mənafelərini qorumaq üçün "gərəkli olan bütün addımlar" atılacaq.

Ağ Ev məlumatda həmçinin bildirir ki, bu ayın əvvəlində Britaniyada keçirilən Böyük Yeddilik (G-7) zirvəsində "dünyanın aparıcı demokratik ölkələri məcburi əməyə qarşı birləşib", o cümlədən üzərinə qlobal tədarük zəncirinin Sincan da daxil olmaqla məcburi əməkdən kənar olduğuna əmin olmaq öhdəliyini götürüb.

XS
SM
MD
LG