Accessibility links

ABŞ Mərkəzi Komandanlığı İranın dronu beynəlxalq hava məkanında vurduğunu bildirir


ABŞ Mərkəzi Komandanlığı ABŞ-ın Dəniz Üzərində Geniş Müşahidə (BAMS-D) dronunun İranın raket sistemi ilə vurulduğunu təsdiq edib. Hadisə iyunun 19-da saat təxminən 23:35-də dronun Hörmüz körfəzi üzərində beynəlxalq hava məkanında uçduğu zaman baş verib.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi Amerikanın Səsinin sualına cavabda ABŞ Mərkəzi Komandanlığının sözçüsü, Dəniz Qüvvələri Kapitanı Bill Ürbana istinadən bildirib.

İran tərəfindən dronun İranın hava məkanında olmasına dair verdiyi hesabatlar düzgün deyil.

“İran tərəfindən dronun İranın hava məkanında olmasına dair verdiyi hesabatlar düzgün deyil. Baş verən hadisə beynəlxalq hava məkanında üçan ABŞ-ın hava müşahidə vasitəsinə xəbərdarlıqsız olan bir hücümdur. Sözügedən BAMS-D dronu RQ-4A Global Hawk High-Altitude, Long, Endurance (HALE) pilotsuz hava vasitələri sisteminə aiddir. Bu dronlar okean və sahil ərazilərində real-vaxt rejimində kəşfiyyat missiyalarını həyata keçirmək üçün istifadə olunur,” səfirliyin cavabında qeyd olunur.

Ötən həftə ABŞ rəsmiləri İran hərbi qüvvələrini Yaponiyaya məxsus "Cəsur Kokuka" neft tankerini minalamaqda ittiham edib və bununla bağlı dəlillər açıqlayıb.
Ötən həftə ABŞ rəsmiləri İran hərbi qüvvələrini Yaponiyaya məxsus "Cəsur Kokuka" neft tankerini minalamaqda ittiham edib və bununla bağlı dəlillər açıqlayıb.

İran rəsmiləri insidentin İran ərazisində baş verdiyini bildirir.

İranın bildirdiyinə görə, Inqilab Keşikçilərinin Hörmüz boğazı yaxınlığında ölkənin cənubi Hormozqan vilayəti üzərindəki hava hövzəsində vurduğu RQ-4 Global Hawk dronu olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG