Accessibility links

ABŞ Madurodan üz döndərən venesuelalı generalı sanksiyalardan azad edib


ABŞ Madurodan üz döndərən venesuelalı generalı sanksiyalardan azad edib
please wait

No media source currently available

0:00 0:01:47 0:00

Tramp administrasiyası ötən həftə özünü Nikolas Maduro hökümətindən uzaqlaşdıran Venesuelanın kəşfiyyat xidmətinin başçısına qarşı sanksiyaları aradan qaldırıb. Vitse-prezident Mayk Pens həmçinin Venesuela Ali Məhkəməsinin 25 hakiminə xəbərdarlıq edib ki, əgər onlar qanun aliliyini dəstəkləməsə ABŞ onları cavabdeh tutacaq.

Ötən həftə Xuan Quaydonun Nikolas Maduronu hakimiyyətdən devirmək cəhdi uğrusuz nəticələnəndən sonra, vitse-prezident Mayk Pens Vaşinqtonda Amerika Dövlətləri Şurasının iclası önündə ABŞ-ın yenilənmiş siyasəti ilə bağlı ilk çıxışını edib. O, hərbi komandirləri Maduro hökümətindən uzaqlaşmağa şövq edib.

Necə ki, Milli Assambleya müharibə cinayəti törətməyən hər kəsə amnistiya verməyə söz verib, Birləşmiş Ştatlar da Konstitusiyanı müdafiə edib, qanun aliliyini dəstəkləyən hər bir kəsi sanskiyalardan azad etməyi nəzərdən keçirəcək.
Mayk Pens

“Necə ki, Milli Assambleya müharibə cinayəti törətməyən hər kəsə amnistiya verməyə söz verib, Birləşmiş Ştatlar da Konstitusiyanı müdafiə edib, qanun aliliyini dəstəkləyən hər bir kəsi sanskiyalardan azad etməyi nəzərdən keçirəcək”, Mayk Pens söyləyib.

Pens İran və Rusiyanı Maduronu dəstəklədiklərinə görə tənqid edib, lakin deyib ki, heç kəs onu dəstəkləmək üçün Kubadakı kommunist liderlər qədər iş görməyib.

“Ötən həftə müşahidə etdiyimiz kimi, Venesuelanın gələcəyi ilə bağlı qərarlar Karakasda olduğu qədər Havanada da verilir. Venesuela təkcə Kubanın müştərisi deyil, əslində Venesuela xalqı Kubanın əsiridir”, Pens bildirib.

Konqresdə isə respublikaçı senator Rik Skot həm Rusiya həm Çini Kubanı dəstəkləməkdə günahlandırıb.

“Biz hər birimiz anlamalıyıq ki, Maduro qəsdən vətəndaşlarını öldürür, Venesuelada balaca uşaqlar aclıqdan ölür. Prezident Putin və prezident Şi vətəndaşlarını öldürən Maduronu dəstəkləyir” – Rik Skot deyib.

Vitse-prezident deyib ki, ABŞ Venesuela xalqına Maduro getdikdən sonra daha parlaq gələcək qurmalarına yardım etməyə hazırdır.

XS
SM
MD
LG