Accessibility links

ABŞ generalı: Əfqanıstandan çıxmaq terrorla mübarizəni çox çətinləşdirəcək


ABŞ-ın yüksək səviyyəli generalı qanunvericilərə hərbi qüvvələrin Əfqanıstandan çıxarılması başa çatdıqdan sonra yeni və ya artan terror təhdidləri ilə mübarizə aparmaq məcburiyyətində qalaraq, qısa müddətdə olsa belə ABŞ qüvvələrinin bu ölkəyə qayıtmasının ciddi maneələrlə üzləşəcəyini deyib.

ABŞ qüvvələrinin Yaxın Şərq və Cənubi Asiyanın bəzi bölgələrindəki komandanı bu xəbərdarlığı çərşənbə axşamı hərbi mütəxəssislərin gələn aydan başlayaraq iyirmi illik müharibəni bitirmək üçün Əfqanıstandan 2500-3500 əsgərin vətənə qaytarılması yolları üzərində işləyərkən edib.

"Bunun sadə olacağını, rəngli eynək taxıb, bunu etməyin asan olacağını demək istəmirəm" - deyə, ABŞ Mərkəzi Komandanlığının generalı Kennet "Frank" Makkenzi Nümayəndələr Palkatasının Silahlı Qüvvələr Komitəsinin üzvlərinə gələcəkdə əks-terror missiyalarının mümkünlüyü barədə deyib.

ABŞ Mərkəzi Komandanlığının generalı Kennet Makkenzi
ABŞ Mərkəzi Komandanlığının generalı Kennet Makkenzi

"Bu problemin əlimizdə oan resurslarla ən düşünülmüş və risksiz bir şəkildə həll yollarını araşdırırıq. Bu. oldukça çətin olacaq" - deyə, general bildirib.

Makkenzi çərşənbə axşamı qanunvericilərə deyib ki, bu ayın sonunadək müdafiə naziri Lloyd Austinə bir plan təqdim etməlidir.

Digər rəsmilər də mümkün həll yollarını nəzərdən keçirir.

"Adaptasiya, təhlükəsizlik mühitinə uyğunlaşmaq və təzyiqlərə necə davam edəcəyimizin yollarını araşdırırıq" - deyə, müdafiə nazirinin planlar və mövqelər üzrə köməkçisi vəzifəsini icra edən Amanda Dori qanunvericilərə bildirib.

Lakin spesifik bir planın olmaması ABŞ Prezidenti Co Baydenin keçən həftə Əfqanıstandan hərbi qüvvələrin çıxarılması ilə bağlı qərar verdiyini elan etməsindən bəri Demokrat və Respublikaçı qanunvericiləri və keçmiş rəsmiləri narahat edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG