Accessibility links

ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi Agentliyi Malayziyada istehsal olunan milyonlarla nitril əlcəyi müsadirə edib


ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi (CBP) çərşənbə günü verilən məlumata əsasən, məcburi əməkdən istifadə edilməklə istehsal olunduğuna dair əlamətlər olduğuna görə Malayzanın Top Glove Corp. şirkətinin hazırladığı təqribən 518000 dollar dəyərində bir dəfə istifadə edilən 3.97 milyon nitril əlcəkləri müsadirə edib.

Gömrük və Sərhəd Mühafizəsi martın 29-da dünyanın ən böyük tibbi əlcək istehsalçısının istehsal prosesində çox sayda məcburi əmək göstəricilərinin sübutlarına əsaslanan hesabat hazırlayıb.

Agentlik iyul ayında Top Glove-un iki şöbəsinin məhsullarının istehsalına qadağa qoymuşdu. Lakin mart ayında qadağa Malayziyada istehsal edilən malların hamısına tətbiq edilib.

CBP-nin açıqlamasında bildirilir ki, bu göstəricilərə köləlik, iş vaxtının həddən artıq çox olması, iş yerlərində şəraitsizlik və şəxsi sənədlərinin saxlanması daxildir.

Agentlik daha sonra ABŞ-ın bütün limanlarında Malayziyada istehsal edilən bir dəfə istifadə olunan əlcəklərin müsadirə olunması haqda göstəriş verib.

Top Glove şirkəti keçən ay əlcək istehsalının ABŞ-ın qadağasının təsirinə məruz göstərdiyini bildirib və keçən həftə şirkət tərəfindən işə götürülən ticarət etikası ilə bağlı məsləhətçinin hesabatına istinad edərək, məcburi əməyə dair bütün göstəricilərin aradan qaldırdığını elan edib.

XS
SM
MD
LG