Accessibility links

ABŞ Maliyyə naziri Stiven Mnuçin Məhəmməd bin Salmanla görüşüb


ABŞ Maliyyə naziri Stiven Mnuçin ABŞ-da yaşayan jurnalistin Turkiyədə Səudiyyə Ərəbistanı konsulluğunda öldürülməsilə əlaqədar şübhələrin mövcud olduğu bir vaxt Ər-Riyadda vəliəhd, şahzadə Məhəmməd bin Salmanla görüşüb.

Səudiyyə Ərəbistanının dövlət televiziyası onların görüşü haqda çərşənbə axşamı səhər məlumat verib. Görüş Səudiyyə Ərəbistanında keçirilən investisiya sammitindən öncə baş tutub.

Mnuçin və digər dünya biznes liderləri Washington Post yazarının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülməsi ilə əlaqədar bu toplantıya qatılmayacaqlarını bildiriblər.

Camal Xaşuqçi
Camal Xaşuqçi

Mnuçinin Səudiyyə Ərəbistanına səfəri Tramp administrasiyasının Xaşuqçinin öldürülməsinin rəsmi Ər-Riyad ilə iqtisadi əlaqələrini təhlükə altına almamağa çalışdığını göstərir.

Mnuçinin sözçüsü bildirib ki, görüş zamanı Xaşuqçinin ölümülə bağlı istintaq məsələsi qaldırılıb, lakin o, detalları açıqlamayıb.

XS
SM
MD
LG