Accessibility links

ABŞ İslam Dövlətinin pulköçürmə fəaliyyətlərini hədəf alıb


ABŞ İslam Dövləti terror qruplaşmasının beynəlxalq tərəfdaşlarının ianələri də daxil olmaqla, pulların Suriya və Türkiyədən köçürülməsinin qarşısını almaq üçün yeni addımlar atır.

ABŞ Maliyyə Nazirliyi mayın 17-də üç nəfər və bir şirkətə qarşı sanksiyaların tətbiq olunduğunu elan edib. Onların hər biri rəsmilərin terror qruplaşmasının qanunsuz maliyyələşdirildiyi kimi xarakterizə etdiyi şəbəkənin pulla təmin edilməsində əsas rol oynayıb.

Sanksiyaya məruz qalan şəxslərdən biri Əlaa Xanfuradır. O, özünün Türkiyədəki pulköçürmə şirkətindən istifadə edərək, Suriyadakı İŞİD şəbəkələrinə minlərlə dollar köçürməkdə günahlandırılır. Maliyyə Nazirliyi rəsmilərinin dediyinə görə, 2017-ci və 2019-cu illərdə də Xanfura İslam Dövləti liderlərinə pul köçürülməsinə yardım edib.

Yeni sanksiyalar eyni zamanda Türkiyədə yerləşən pul xidmətləri şirkəti Əl-Fay şirkətini və İdris Əl-Fay və İbrahim Əl-Fay qardaşlarını da hədəf alır.

Əl-Hol qaçqın düşərgəsi
Əl-Hol qaçqın düşərgəsi

ABŞ Maliyyə Nazirliyi İdris Əl-Fayın şirkətdən İŞİD üzvlərinə pul köçürmək, o cümlədən təşkilatın Suriyanın şimal-şərqindəki Əl-Hol qaçqın düşərgəsini idarə edən üzvlərinə yardım üçün istifadə etdiyini deyib. Hazırda onun İraqda nəzarətdə olduğu bildirilir.

Əl-Fayın qardaşı İbrahim şirkətin rəhbərliyini ələ almaqda, Suriya və İraqda İslam Dövləti elementi olaraq xarakterizə edilən şəxslərə pul göndərməkdə davam etməkdə günahlandırılır.

"Bu administrasiya İŞİD-in yenidən canlanmasının və qrupun şəbəkələrinin fəaliyyət göstərdiyi yerlərdə terrorizmin maliyyələşdirilməsinin qarşısını almağa çalışır" - deyə, Nazirliyin Xarici Aktivlərə Nəzarət şöbəsinin direktoru Andrea Qaski bildirib.

Sanksiyalar haqda bəyanat İŞİD-in mailiyyə qrupu məğlub etməyə çalışan Qlobal Koalisiyasının yığınacağı vaxtına təsadüf edib. Koalisiya terror təşkilatının nağd pul axınının qarşısını almaq üçün səyləri koordinasiya etməyə yardım edir.

Özünü xilafət elan edən İslam Dövlətinin məğlub olmasından iki ildən çox bir vaxt keşməsinə baxmayaraq, ABŞ rəsmiləri qrupun on milyonlarla dollarlıq ehtiyatının olduğunu təxmin edirlər. Bu ilin əvvəlində Maliyyə Nazirliyinin rəsmiləri bu rəqəmin 100 milyonlarla dollar olduğunu təxmin etmişdi. Baxmayaraq ki, əvvəlki təxminlər bu rəqəmin daha yüksək ola biləcəyini deyirdi.

"İŞİD aktiv olaraq qalır və maliyyə sistemi ilə əlaqələrini qoruyub saxlayır" - deyə, ABŞ Dövlət katibi Antoni Blinken mayın 17-də verdiyi açıqlamasında bildirib.

"İŞİD Yaxın Şərq ölkələrindəki əsas pulköçürmə xidmətlərində çalışan və onun milyonlarla dollarlıq ehtiyatı da daxil edilməklə, çirkin əməllərinin maliyyələşdirməsinə yardım edən biznes operatorlarına güvənir" - deyə, Blinken bildirib.

Bu ilin əvvəlində ABŞ rəsmiləri İslam Dövlətinin Suriyadakı Əl-Hol qaçqın düşərgəsini maliyyə əməliyyatları üçün əsas nöqtəyə çevirdiyindən narahat olduqlarını dilə gətirib. Onlar düşərgədəki təhlükəsizlik qüvvələrinin "İŞİD-in insanları sıralarına cəlb etməsi və pul toplaması ilə mübarizə apardığını" qeyd edib.

Syria Demokrat Ordusu
Syria Demokrat Ordusu

Aprel ayında ABŞ-ın dəstəklədiyi Suriya Demokrat Ordusu İslam Dövlətinin düşərgədəki fəaliyyətinin kökünü kəsmək üçün böyük bir əməliyyata başlayıb və bəzilərini "yüksək səviyyəli lider" kimi xarakterizə edərək, 150-dən çox şübhəlini həbs edib.

ABŞ Maliyyə Nazirliyi İslam Dövlətinin Əl-Holdakı fəaliyyətinin dayandırılması və pul axınının məhdudlaşdırılması üçün aparılan əməliyyatlara baxmayaraq, terror qruplaşmasının hələ də zorla pul alma, oğurluq və adam qaçırma yolu ilə gəlir əldə etməyi bacardığını bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG