Accessibility links

Meşə yanğınları zaman yaranan tüstü sağlamlığa təhlükədir


Boats are pulled ashore as smoke and wildfires rage behind Lake Conjola, Australia, Thursday, Jan. 2, 2020.
Boats are pulled ashore as smoke and wildfires rage behind Lake Conjola, Australia, Thursday, Jan. 2, 2020.

Bu həftə ən pis hava havanın çirklənməsinin qaynar nöqtələri olan Hindistan və ya Çində deyil, meşə yanğınlarının rekord həddə çatdığı və tüstü ilə bürüdüyü ABŞ-ın qərb bölgəsində qeydə alınıb.

IQAir.com monitorinq şirkəti bu həftə Oreqon ştatının Portland şəhərinin havanın çirkliliyi siyahısında birinci yerdə olduğunu bildirib.

Cümə axşamı San Fransiskonun körfəz bölgəsində ardıcıl olaraq 30 gün havanın sağlamlığa təhlükəli olduğu barədə xəbərdarlıq edilib. Bu, ən uzun müddətdir. Bundan əvvəlki rekord 2018-ci ildəki meşə yanğınları zamanı 14 gün idi.

İqlim dəyişikliyi ABŞ-dan tutmuş Braziliyaya, Avstraliyadan tutmuş Arktikaya qədər meşə yanğınlarına və onların yaratdığı havanın çirklənməsinin artmasına səbəb olub.

Elm adamları havanın çirklənməsinin ölümcül ola biləcəyini deyir.

Bir tədqiqatın nəticələri çirkli havada PM2.5 kimi tanınan kiçik hissəciklərə məruz qalmanın dünya boyu ölüm səbəbləri arasında beşinci yerdə gəldiyini göstərib.

Lakin tədqiqatlarda əsasən ömür boyu çirkli havaya məruz qalmağın təsirini araşdırılir. Alimlərin meşə yanğınları tüstüsünün bir neçə gün və ya bir neçə həftəlik təsiri barədə çox məlumatları yoxdur. Mütəxəssislər bunun hazırda aktiv şəkildə araşdırıldığını desələr də, böyük boşluqların olduğunu da bildirirlər.

XS
SM
MD
LG