Accessibility links

ABŞ Meksika sərhədini keçən minlərlə miqrant uşağa qayğı ilə bağlı çətinliklərlə üzləşir


ABŞ-Meksika sərhədini keçən minlərlə miqrant uşağa qayğı ilə bağlı çətinliklərlə üzləşən ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyi digər federal qurumların işçilərindən yardım etmək üçün könüllü olaraq sərhəd bölgəsinə getmələrini istəyib.

Nazirliyin Qaçqınların Yerləşdirilməsi Ofisi könüllülərdən 30 gün ilə 120 gün arasında yerləşdirilmə zamanı uşaqlara nəzarət etmək və ailələrinin himayəsinə verilə bilsinlər deyə, ABŞ-dakı qohumları ilə əlaqə saxlamaları üçün məlumat toplamaq kimi işlərdə yardım etmələrini istəyir.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi tərəfindən nəzarətə alınan uşaqlar sponsorlara verilənə qədər Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin müəssisələrinə köçürülür. Nazirlik miqrant uşaqların 80 faizdən çoxunun ABŞ-da bir ailə üzvünün və bunların təxminən yarısının valideyn və ya qanuni qəyyum olduğunu bildirib.

Hazırda Texas ştatının Dallas və Kaliforniya ştatının San Diyeqo şəhərlərindəki mərkəzlər də daxil olmaqla, nazirliyin müəssisələrində təxminən 18000 uşaq saxlanır.

Rəsmilər keçmiş prezident Donald Trampın koronavirus pandemiyasına görə göstərişinə əsasən ABŞ-Meksika sərhədini keçən əksər yetkinləri ölkədən çıxarsa da, prezident Co Bayden administrasiyası yetkinlik yaşına çatmayan miqrant uşaqların ölkədən çıxarılması ilə bağlı qərara riayət etməyib.

Səhiyyə və Sosial Xidmətləri Nazirliyi İspan dilini və ya Meksika, Qvatemala, Honduras və ya Salvadorda yerli ləhcələri yaxşı bilən federal işçilərə üstünlük verildiyini bildirib. Onlar Uşaq baxımı fonunda yoxlanışdan keçməli olacaqlar.

Tramp administrasiyası dövründə prezidentin milli fövqəladə vəziyyət elan etdiyindən cənub sərhədinə daha çox insanın göndərilməsinə dair bir neçə təşəbbüsü var idi. Bu səylər Müdafiə Nazirliyinin Milli Təhlükəsizlik Nazirliyinin əməliyyatlarına dəstək verməsi üçün əksəriyyəti Milli Qvardiya əsgərləri olan 4000-ə qədər şəxsi göndərməsini əhatə edirdi.

Pentaqonun mətbuat katibi Con Kirbi çərşənbə axşamı jurnalistlərə bildirib ki, əlavə yardım tələbi olmayıb.

İki il əvvəl o zaman Milli Təhlükəsizlik naziri Kirstyen Nelsen agentlikdəki federal işçilərdən və sərhəddəki əməliyyatlara cəlb olunmayan digərlərindən sərhəd təhlükəsizliyində kömək üçün könüllü kimi iştirak etməsini istəmişdi.

Amerikanın Səsinə nəzarət edən ABŞ-ın Qlobal Media Agentliyinin əməkdaşları keçən həftə hazırkı sərhəd səyləri üçün könüllü axtaran sənədləri alanlar arasında olub.

Amerikanın Səsinin direktoru vəzifəsini icra edən Yolanda Lopez çərşənbə axşamı işçilərinə göndərdiyi bir açıqlamada maraq toqquşmasının qarşısını almaq üçün Amerikanın Səsi jurnalistlərinin bu səylərdə iştirak etmək hüququ olmadığını bildirib.

XS
SM
MD
LG