Accessibility links

ABŞ-Meksika sərhədi arasında yelləncəklər yerləşdirilib


ABŞ-Meksika sərhədində uşaqlar aralarında baryer olmağına baxmayaraq, bir-birilərilə oynamaq imkanı tapıb.

Belə ki, kaliforniyalı iki professor Texasın El Paso şəhəri və Meksikanın Kuidad Xuarez şəhərləri yaxınlığında polad sərhəd hasarının arasına üç ədəd çəhrayı yelləncək yerləşdirib.

Teetertotter Divarı adlanan bu yelləncəyi inşa etmək memarlıq professoru Ronald Rael və dizayn professoru Virciniya San Fratellonun 10 il öncə ağlına gəlib.

"Bu yelləncək onu göstərir ki, bir tərəfdə nə isə edəndə bunun digər tərəfə təsiri olur. Birləşmiş Ştatlarla Meksika arasında da siyasi baxımdan bu baş verir" - deyə, Teetertotter Divarının həm-dizayneri memar Ronald Rael bildirib.

ABŞ prezidenti Donald Tramp uzun zamandır ABŞ-a qeyri-qanuni keçməyə çalışan insanların qarşısını almaq üçün ölkənin cənubi sərhədinə fiziki baryer inşa etməyi vəd edirdi.

Ötən həftə ABŞ Ali Məhkəməsi administrasiyanın Meksika ilə sərhəddə divar inşa etmək üçün Pentaqonun büdcəsinən 2.5 milyard dollar istifadə edə biləcəyinə dair qərar çıxarıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG