Accessibility links

Amerikada Milad ənənələri


Amerikada Milad özündə bir çox millətlərin ənənələrini birləşdirərək tədricən milli bayrama çevrilib. Əvvəllər qeyri-rəsmi olan bu bayramı insanlar indikindən fərqli şəkildə qeyd edib. Xristianlar bunun İsa Məsihin dünyaya gəldiyi gün kimi, bəziləri yeyib-içməklə qeyd edib, digərləri isə heç qeyd etməyib.

Bunu Amerika yazıçısı Vaşinqton İrvinq 1819-cu ildə dərc edilən “The Sketchbook of Geoffrey Crayon, Gent” kitabında ətraflı təsvir edir. Yazıçı öz hekayəsində imkanlı bir britaniyalının öz işçilərini Milad bayramını qeyd etmək üçün evinə dəvət etdiyini təsvir edir. Hekayədə həmin zadəganın Milad bayramını, milli ənənələrdən istifadə etməklə təşkil etdiyi göstərilir.

Vaşinqton İrvinq hekayəsində Miladın keçmişdə, müxtəlif mədəniyyətlərdə olduğu kimi, müxtəlif təbəqənin insanlarını bir araya gətirərək bayram edildiyini göstəmək istəyirdi. Görünür yazıçını Amerikada insanlar arasında bərabərliyin olmaması narahat edirdi.

Penni Restad adlı yazıçı isə “Amerikada Milad - Tarix” adlı kitabında XIX əsrin əvvəllərində Miladın Amerikada milli bayram kimi formalaşmağa başladığından bəhs edirdi. O, Amerikadakı müxtəlif mədəniyyətlərdən olan insanlar üçün Miladın başqa-başqa məna kəsb etdiyini yazırdı. Amerikaya gələn mühacirlər Miladın ənənələrini öz ölkələrindən gətirmişdilər.

Bayramın Amerikada qeyd edilməsində din də böyük rol oynayıb. Kalvinist Məsihçilər bu bayramın qeyd edilməsinə qadağa qoyur, yepiskopçular və moravinlər isə Miladın dini bayram və bunun dini mərasimlər və dekorasiyalarla qeyd edilməli olduğunu deyirdi.

​Əsrin ortalarından başlayaraq xristian qruplar Milad bayramı ilə bağlı aralarındakı fikir ayrılıqlarına məhəl qoymayaraq, bu bayramı xüsusi yolla qeyd etməyə başlayıb.

Milad sonradan amerikalı ailələrin evdə bayram etdiyi günə çevrilib. Getdikcə daha çox amerikalı xristian Avropa ənənələrindən istifadə etməklə, yolka bəzəməyə və hədiyyə verməyə başlayıb. Xristianlar küknar ağacının İsa Məsihi təmsil etdiyinə və bu günün yeni başlanğıc olduğuna inanırdılar. Alman mühacirlər özləri ilə şam ağacını işıqlarla, şirniyyat və oyuncaqlarla bəzəmək ənənəsini gətirmişdilər.

Amerika evlərində yolka bəzədilməsi kimi hədiyyə vermək ənənəsi də yayıldı. Beləliklə də Milad bayramı alış-verişi artdıqca ticarət aləmində də əlaqələr genişlənməyə başlayıb.

Milad bayramı populyarlaşdıqca Amerikanın bəzi ştatlarında bu gün rəsmi bayram kimi tanınıb. Luiziana 1837-ci ildə Milad bayramı rəsmi bayram kimi tanıyan lk ştat olub.

1860-cı illərdə isə Amerikanın 14 ştatında bu bayram federal bayram kimi rəsmən qəbul edilib. 1870-ci illərdə prezident Ulisis Qrant Milad bayramını federal bayram elan edib.


XS
SM
MD
LG