ABŞ Milli Təhlükəsizlik müşaviri Venesualanın paytaxtında prezident Nikolas Maduronun çıxışı zamanı dron partlayışlarında ABŞ hökümətinin müdaxiləsini rədd edib.
Con Bolton “Fox” televiziyasının Bazar Günü verilişinə deyib ki, Maduro onun iddialarına dəlillər toplamaqdansa, rejiminin korrupsiyası və zülmünə diqqət yetirilməlidir. Venesuela prezidenti ona sui-qəsd cəhdi edənlərə "maksimum cəza" verəcəyini söyləyib.
Venesuela rəsmiləri deyirlər ki, Maduronun şənbə günü orduya müraciəti zamanı partlayıcı maddələrlə silahlanmış dronlarlar partlayıb. Maduro hökuməti hücumu prezidentə qarşı sui-qəsd cəhdi adlandırıb.
Venesuel müdafiə naziri deyib ki, hadisə çox təhlükəli olub, onlar prezident Nikolas Maduroya qarşı sui-qəsdə cəhd edib.
Maduro sui-qəsddə Kolumbiya prezidenti Xuan Manuel Santos tərəfindən dəstəklənən və Floridadan maliyyələşdirilən ultrasağçıları günahlandrıb. Kolumbiya xarici işlər nazirliyi bunu absurd adlandırıb. ABŞ Milli Təhlükəsizlik müşaviri Con Bolton Maduro hökümətini daha çox dəlil təqdim etməsini söyləyib. O bildirib ki, əgər Venesuela hökumətinin ABŞ-ın cəza qanunvericiliyinə potensial pozuntuları göstərəcək məlumatları varsa, onlar ona ciddi nəzər salacaqlar. Amma o düşünür ki, onlar əsasən Venesuelada Maduro rejiminin korrupsiya və zülmünə diqqət yetirməlidirlər.
Venesuelanın avtoritar lideri 2013-ci ildə sələfi və müəllimi Huqo Çavezin vəfatından sonra onun vəzifəsini icra edri. Maduro bu ilin may ayında müxalifətin onlara hazirlanmasına vaxt vermədiyi söylənən, erkən seçkilərlə hakimiyyətə gəlib. Maduronun rəhbərliyi altında Venesuela iqtisadiyyatı dağılıb və onun hökuməti is korrupsiyada ittiham edilir. Prezidentin tənqidçiləri həbs və ya sürgün edilmişlər.
Şənbə günü baş verən hadisədən cəmi iki gün öncə, keçmiş Venesuela baş prokuroru Luiza Orteqa Kolumbiyada Maduroya qarşı simvolik məhkəmədə ona qarşı ittihamlar irəli sürüb. O söyləyib ki, Venesuelanın Cəmiyyət Nazirliyi Nicolas Maduronu korrupsiya və qeyri-qanuni sərmayə əldə etməklə günahlandırır və bu gün məhkəmə işi başlayır.
Bolton deyib ki, Maduronun müxalifətçilərindən kimin hücumu təşkil etdiyini söyləmək çətindir, "hücum öncədən rejimin özü tərəfindən də qurulma da ola bilərdi."