Accessibility links

ABŞ milli təhlükəsizlik rəsmilər kiber hücumları araşdırır


Bazar günü Tramp administrasiyası bir neçə ABŞ dövlət qrumunun xarici hökümət tərəfindən kiber hücuma mıruz qaldığını etiraf edib.

Kiber təhlükəsizlik mütəxəssisləri, ABŞ-ın Xəzinədarlıq və Ticarət Departamentlərinə edilən hücumun arxasında böyük ehtimalla Rusiyanın durduğunu bildirir. ABŞ mediası hücumu son illərin ən güclü hücumlardan biri adlandırıb.

"Biz Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyindən, eləcə də Federal Təhqiqatlar Bürosundan araşdırma aparmalarını xahiş etdik. Və hələ ki, əlavə açıqlama verə bilmərik" -deyə, Ticarət Departamentinin açıqlamasında bildirilir.

Həm Federal Təhqiqatlar Bürosu, həm də Milli Təhlükəsizlik Departamentinin kiber təhlükəsizlik qolu hücumları araşdırır. Hücunun dərəcəsi, səbəbi və ya digər qurumların da bundan təsirlənib-təsirlənmədiyi hələlik bəlli deyil.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Ullyot bildirb ki,"Amerika Birləşmiş Ştatları hökuməti bu hücumdan xəbərdardır və vəziyyətlə əlaqəli problemi müəyyənləşdirmək və həll etmək üçün bütün lazımi addımlar atılır ".

Digər təfədən isə Kremlinin mətbuat katibi Dmitri Peskov Rusiyanın belə bir hücum həyata keçirmədiyini bildirib. O, jusnalistlərə açıqlamasında bildirib ki, "Əgər aylardır hücumlar olubsa və amerikalılar bununla bağlı bir şey edə bilməyiblərsə, dərhal və əsassız olaraq rusları günahlandırmağa dəyməz".

Hücumla əlaqədar Reuters xəbər agentliyi bildirir ki, hücumu ilk müəyyən edən ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmiləri şənbə günü internet və telekomunikasiya siyasətləri ilə əlaqəli məlumatların oğurlanması ilə bağlı Ağ Evdə müzkirə aparıb.

Hücumlar ABŞ-ın kiber təhlükəsizlik şirkəti olan FireEye-ın keçən həftə xarici hökümət tərəfindən kiber müdaxiləyə məruz qaldığını elan etməsindən sonra müəyyən olunub.

Şirkət bu hücumun bu ilin yazından başlayaraq indiə qədər davam etdiyini ehtimal edir. FireEye bildirir ki, "Hücüm kampaniyası yüksək ixtissaslı mütəxxəsdilərin işdir və müdaxilə yüksək təhlükəsizlik tədbiri ilə həyata keçirilib".

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG