Accessibility links

Bayden Senatı 1.9 trilyon dollarlıq koronavirus yardım paketini təsdiq etməyə çağırır


ABŞ Prezidenti Co Bayden şənbə günü Senatı Nümayəndələr Palatasının təsdiq etdiyi 1.9 trilyonluq koronavirus yardım paketini təsdiq etməyə çağırıb.

Koronavirus böhranı səbəbilə zərər görən bizneslərə, hökumətlərə və milyonlanla amerikalıya kömək etmək məqsədi daşıyan bu yardım paketi aşağı palatada səsvermədən keçəndən sonra təsdiq üçün Senata göndərilib.

“Bu ölkənin insanları çox uzun müddət çox əziyyətlər çəkiblər,” Bayden həftəsonu üçün Delaver ştatına yola düşmədən öncə Ağ Evdə bildirib.

“Biz bu əziyyətlərə son qoymalıyıq. Amerika Xilasetmə Planı da bunu edir. Bu qanun layihəsi əziyyətləri azaldır və indi hərəkətə keçmək vaxtıdır,” Bayden əlavə edib.

Bundan öncə ABŞ-ın Nümayəndələr Palatası şənbə günü Prezident Co Baydenin 1.9 trilyon dollarlıq COVID-19 yardım paketini təsdiq edib.

Qanunvericilər Demokratların nəzarət etdiyi Nümayəndə Palatasında partiya mənsubiyyətlərinə görə 219-212-ə fərqilə səs veriblər. Bununla bu, Prezident Co Baydenin yanvarın 20-də vəzifəyə başladığı gündən bəri ən böyük qanunvericilik qələbəsi hesab olunur.

COVID-19 yardım paketi indi 100 üzvlük Senata göndərilir ki, orada Demokrat Vitse-Prezident Kamala Harris həlledici səsə malikdir.

Cüzi fərqlə palataya nəzarət edən Demokratlar bu qanun layihəsinin iqtisadiyyatı dirçəltmək və 510 mindən çox insanın həyatını itiriməsinə səbəb olan COVID-19 pandemiyası ilə mübarizəni maliyyələşdirmək üçün zəruri olduğunu iddia edir. Bundan öncəki koronavirus yardım paketini dəstəkləyən Respublikaçılar isə əlavə 1.9 trilyon dollarlıq yardımın baha başa gələcəyini deyir.

Bu yardım paketi ilə vaksinlər və digər tibbi ləvazimatların xərcləri qarşılanacaq, habelə əksər amerikalılara 1400 dollarlıq birbaşa ödənişlər olunacaq. Bundan əlavə yardım paketində pandemiyanın iqtisadi təsirlərindən zərər görən restoran və hava yolları şirkətləri kimi kiçik bizneslərə və ştat və şəhər səviyyəsindəki hökumətlərə fövqəladə maliyyə yardımı nəzərdə tutulur.

Qanun layihəsində fövqəladə işsizlik müavinət ödənişlərini avqust ayınadək uzadılır, aşağı maaş alan və uşaqlı ailələrə vergi güzəştləri artırılır və kiçik bizneslərə maliyyə yardımı ayrılır.

Lakin Demokratların saatlıq federal minimum əmək haqqının 7.25 dollardan 15 dollaradək artırılması təklifi qanun layihəsinin yekun versiyasında yer alsa da, böyük ehtimalla həmin maddə Senatda təsdiq olunmayacaq. Çünki yardım layihəsinə səs verən Senat qanunvericiləri cümə axşamı bildirib ki, təklif palata qaydalarına uyğun olaraq qanun layihəsindən çıxarılmalıdır.

Senat üzvü Elizabet MakDononun bu qərarı Demokratları Respublikaçıların sərt müqaviməti fonunda minimum əmək haqqını artırmağın başqa yollarını axtarmağa məcbur edir.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi cümə günü deyib ki, Demokratlar federal minimum əmək haqqının artırılması uğrunda mübarizədən geri çəkilməyəcəklər.

“Əgər bu maddə Senat qaydalarına görə təsdiq olunmasa, biz israr edəcəyik...biz çox yaxında minimum əmək haqqını 15 dollaradək artırmayanadək mübarizəmizi davam etdirəcəyik,” Pelosi mətbuat konfransında bildirib.

Demokratlar qanun layihəsini Senatın xüsusi qaydaları altında təsdiq etməyə çalışırlar ki, bu halda Demokratlar birlik nümayiş etdirsələr, onların Respublikaçıların səsinə ehtiyacları olmayacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG