Accessibility links

ABŞ nümayəndəsi Əfqanıstan lideri ilə Talibanla aparılan danışıqları müzakirə edib


ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və Əfqanıstanın baş icraçısı Abdullah Abdullah. Kabil, Əfqanıstan 2 sentyabr, 2019.
ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və Əfqanıstanın baş icraçısı Abdullah Abdullah. Kabil, Əfqanıstan 2 sentyabr, 2019.

Əfqanıstan rəsmiləri deyir ki, ABŞ-ın nümayəndəsi Zalmay Xəlilzad bazar ertəsi Kabildə Əfqanıstan prezidenti Əşrəf Qani ilə görüşərək onunla ABŞ-la Talibanın hazırladığı sülh razılığının ilkin versiyasının detallarını paylaşıb.

Əfqanıstan prezidentinin sözçüsü Sediq Sediqqi müxbirlərə deyib ki, Xəlilzad sənəddəki bütün mühüm detalları onlarla bölüşüb və hökümət öz daxilində onu müzakirə edəcək. Xəlilzadın komandası ilə əlavə müzakirələrin davam edəcəyi gözlənilir.

Talibanın sözçüsü Suhail Şahin
Talibanın sözçüsü Suhail Şahin

Xəlilzad bazar Twitter hesabında Qətərdə Talibanla sülh danışıqlarının dpqquzuncu raundunu başa çatdırdığını və Əfqanıstan liderlərini qiymaçılarla aparılan danışıqlar barədə məlumatlandırmaq üçün Kabilə yola düşdüyünü elan etmişdi.

Xəlilzadın komandasının üzvləri Dohada qalıb və bazar günü texniki səviyyədədə danışqılar davam etdirilib. Bu barədə Talibanın sözçüsü Suhail Şahin xəbər verib.

Bağlan vilayəti, Əfqanıstan
Bağlan vilayəti, Əfqanıstan

“Biz zorakılığı azaldıb, əfqanların bir araya gələrək davamlı sülh və Birləşmiş Ştatları, onun müttəfiqlərini və ya hər hansı başqa bir ölkəyə hədə olmayan birləşmiş, suveren Əfqanıstan əldə etməyə yaxınıq”, Xəlilzad Twitterdə yazıb.

Taliban danışıqların davam etdiyi vaxt hücumlar həyata keçirməyə davam edib.

Bazar günü qiyamçılar iki gündə ikinci şəhərə hücum edib.

Bağlan vilayətinin rəsmiləri qiyamçıların şəhərin ətrafında olduğunu söləyib.

XS
SM
MD
LG