Accessibility links

ABŞ boyu nümayişlər bu gün də davam edəcək


Minnesota ştatında Corc Floydun polis nəzarətində ölümündən üç həftə, Atlantada isə polisin Rayşard Brooksu öldürməsindən bir neçə gün sonra polis vəhşiliyini pisləyən və irqi bərabərliyə çağıran nümayişlərin bazar ertəsi də davam etməsi planlaşdırılır.

Bazar ertəsi nümayişlərinin keçiriləcəyi yerlərə Corciya ştatının paytaxtı və polisin iki həftə əvvəl dinc ediradçılardan zorla təmizlədiyi, az sonra isə prezident Trampın oradakı kilsənin yanında şəkil çəkdirdiyi Lafayet parkında da daxildir.

Bazar ertəsi eləcə də, BMT-nin İnsan Haqları Şurası "mövcud irqçilik, insan hüquqları pozuntuları, sistematik ayrı-seçkilik , polis vəhşiliyi və dinc etirazçılara qarşı zorakılıq" mövzusunda çərşənbə günü təcili yığıncaq keçirməyə razı olub.

Bazar günü etiraz aksiyaları Vaşinqton, Nyu-York, Los-Anceles, Atlanta və Mayami da daxil olmaqla, bir çox şəhərdə keçirilib.

Siyetle polis idarəsinin rəisi Karmen Best bazar günü CBS televiziyasının "Millətlə üz-üzə" verilişində polis məmurlarının gücdən istifadə etmədən şəhərin dinc etirazçıların ələ keçirdiyi hissəsinə geri dönə biləcəyinə ümid etdiyini deyib.

Şəhərin bir hissısini dinc yolla ələ keçirən etirazçılar həmin ərazini "Kapitolinin Muxtar Bölgəsi" adlandırıb. Təşkilatçılar polissiz bir ərazi istədiklərini deyir. Həmin əraziyə gedən magistral yolda nəhəng "Qaraların Həyatı Mühümdür" plakatı asılıb.ABŞ prezidenti Donald Tramp Siyetldakı bir ərazini ələ keçirənləri "eybəcər anarxistlər" adlandıraraq, həmin ərazinin geri götürülməli olduğunu deyib.

XS
SM
MD
LG