Accessibility links

Tramp NATO üzvlərinin kollektiv müdafiə xərclərinin onun sayəsində artırıldığını deyib


Tramp NATO üzvlərinin kollektiv müdafiə xərclərinin onun sayəsində artırıldığını deyib
please wait

No media source currently available

0:00 0:02:17 0:00

Çərşənbə axşamı Ağ Evdə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşən Birləşmiş Ştatlar prezidenti Donald Tramp alyans üzvlərinin kollektiv müdafiə xərclərinin artırılmasının onun sayəsində baş verdiyini deyib.

NATO-nun Amerikanın ən qocaman alyansı və təməli Birləşmiş Ştatların strategiyası üzərində qoyulmasına baxmayaraq, Donald Tramp prezidentliyə başlayandan bəri təşkilatı dəfələrlə tənqid atəşinə tutub.

NATO 70 illik yubileyini Vaşinqtonda daha sadə şəkildə keçirəcək. Təşkilatın baş katibi Yens Stoltenberq çərşənbə axşamı Ağ Evdə Trampın tənqidlərini bir yana qoyaraq, onun digər ölkələri müdafiəyə daha çox pul xərcləməyə məcbur etdiyinə görə onu tərifləyib. NATO-nun baş katibi Yens Stoltenberq: “NATO güclü alyansdır. Biz ordunun gücünü artırdıq, terrorla mübarizədə birgə addımlar atdıq. Və bu sahəyə daha çox sərmayə qoyuruq."

Tramp 28 üzv ölkədən müdafiə xərclərini artırmağl tələb edib. “Biz üzv ölkələrin hər il ümumi daxili məhsul istehsalının 2 faizini müdafiə xərcləri üçün ayırmasını istəyirik. Mən bu rəqəmin daha yüksək olmasını istəyərdim, lakin buna 29 ölkədən yalnız 7-si nail ola bilib.”

Özünün “Amerika birincidir” siyasətinə əsaslanaraq, Tramp NATO-nun faydasını sual altına alıb. ABŞ-ın NATO-dakı sabiq səfiri Nikolas Borns: “NATO-nun mövcudluğu dövründə üzləşdiyi ən böyük böhran ilk dəfə onun gücünə inanan Amerika prezidentinın olmamasıdır. Donald Tramp isə bu təşkilatın ən böyük tənqidçisidir.”

ABŞ və Avropa liderləri arasında İranla nüvə razılaşması və Rusiyanın nüvə silahı müqaviləsi ilə bağlı danışıqlarda fikir ayrılığı var idi. Tramp hər iki danışıqdan çıxdı. Vaşinqton eləcə də avropalı tərəfdaşlarını Çinin təhdidlərinə məhəl qoymamaqda ittiham edir.

Tənqidçilər bəzi üzv ölkələrin Putnin aqressiv xarici siyasətinə lazımi diqqət vermədiyini deyir. Atlantik Şurasından Con Herbts: “Təəssüflər olsun ki, NATO-nun Avropa üzvlərindən bəziləri Kremllə bağlı qətiyyətli deyil.”

Stoltenberqin NATO-nun Amerika ilə əlaqələrindəki narahatlıqların əhəmiyyətini azaltmasına baxmayaraq, builki ildönümü tədbiri dövlət başçıları deyil nazirlər səviyyəsində təşkil edilir. Bu isə Amerika prezidentinin söz hücumlarının qarşısının alınması məqsədi daşıyır.

XS
SM
MD
LG