Accessibility links

ABŞ və daha 5 ölkə istehlakçı xərclərini azaltmaq üçün neft ehtiyatlarından istifadə edəcək


Birləşmiş Ştatlar və digər beş ölkə çərşənbə axşamı bildiriblər ki, istehlakçılarının ödədiyi artan xərcləri azaltmaq üçün koordinasiyalı səylə benzin və digər enerji məhsullarının emalı üçün strateji neft ehtiyatlarından istifadə etməyi planlaşdırır.

Ağ Ev bildirib ki, qarşıdakı aylarda 2022-ci ilin aprel ayına qədər ABŞ Meksika körfəzi sahil xətti boyunca hazırda 621 milyon barel neft saxlayan Strateji Neft Ehtiyatından emalçılara satış üçün 50 milyon barel neft verəcək.

ABŞ-da neftin sərbəst buraxılması amerikalıların indi ödədiyi benzinin qiymətində çox da fərq yaratmaya bilər. Ölkə üzrə bir gallon üçün (3.8 litr) hazırk; ortalama qiymət 3,40 dollardır. Bu, 2014-cü ildən bəri ən yüksək göstəricidir.

Lakin digər beş ölkə - Çin, Yaponiya, Cənubi Koreya, Hindistan və Britaniyanın öz ehtiyatlarından nə qədər neftin istifadəyə buraxmağı planlaşdırdığı bilinmədiyi üçün mümkün xərclərin dəqiq azaldılmasını dərhal hesablamaq mümkün olmayıb.

6 ölkədən dünya bazarında yeni neft axınını kompensasiya etmək üçün 13 üzvdən ibarət Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) rəhbərlik etdiyi Yaxın Şərqdəki əsas neft istehsalçıları öz hasilatlarını azalda bilər. Dünya bazarında neftin miqdarının bu cür kompensasiyalı şəkildə azaldılması nefti indiki qlobal Brent markalı xam neftin barreli üçün təxminən 80 dollar qiymətində saxlaya bilər.

ABŞ-da qarşıdan gələn qış ayları üçün yanacaq və ev isitmə xərclərinin yüksək olması ABŞ-da istehlak qiymətlərində son 31 ildə ən böyük inflyasiya (oktyabrda illik nisbət 6,2%) artımına səbəb olub.

"Amerikalı istehlakçılar yanacaqdoldurma məntəqələrində və evlərinin istilik ödənişlərində artan qaz qiymətlərinin təsirini hiss edir və Amerika müəssisələri də qlobal iqtisadiyyatın pandemiyadan çıxması səbəbindən neft tədarükü tələbini ödəmir" - deyə, Ağ Ev bildirib.

"Buna görə də Prezident Bayden qiymətləri aşağı salmaq və tədarük çatışmazlığını həll etmək üçün əlində olan hər bir vasitədən istifadə edir" - deyə, Ağ Ev əlavə edib.

Bayden administrasiyası Federal Ticarət Komissiyası araşdırması ilə neft və qaz bazarlarında potensial qiymət manipulyasiyasını da izləyir.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG