Accessibility links

ABŞ-ın Olimpiya velosipedçisi ölü tapılıb


2016-cı il Rio-de-Janeyroda keçirilmiş Olimpiya oyunlarında ABŞ-ın qadınlardan ibarət komandasına gümüş medal qazanmağa kömək edən 23 yaşlı velosipedçi Kelli Ketlin Kaliforniyadakı evində ölü tapılıb.

ABŞ Velosipedçiləri Komitəsi onun ölümünü bazar günü elan edib və “bu xəbərdən çox kədərləndiklərini” qeyd edib.

Olimpiya oyunlarındakı uğurundan əlavə, Ketlin 2016, 2017 və 2018-ci illərdəki Dünya Çempionu olmuş komandaların üzvü olub.

VeloNews velosiped vebsaytı Ketlinin atası Markdan qızının intihar etdiyini bildirdiyi məktub aldığını xəbər verib.

ABŞ-ın şimal Minnesota ştatından olan Ketlin Stenford Universitetinin hesablama riyaziyyatı üzrə magistr dərəcəsində təhsil alırdı.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG