Accessibility links

ABŞ ordusu çox sayda Taliban liderini öldürüb


ABŞ-ın Əfqanıstandakı ordusu bu ay bir sıra “dəqiq” hücumlar nəticəsində 70-dən çox yüksək səviyyəli Taliban liderini öldürdüyünü bildirir.

Əfqanıstanda ABŞ qoşunlarının, habelə NATO-nun “Qətiyyətli Dəstək” missiyasının komandiri olan general Con Nikolson çərşənbə günü peyk vasitəsilə müxbirlərlə danışıb.

"Bu, narkotik maddələrdən əldə etdikləri pul səbəbilə yaxşı təchiz olunub, yaxşı pul qazanan Taliban şəbəkəsidir. Amma onların liderlərini öldürərək biz Helmandda dağıdıcı təsir yaradacağıq. Mən bunun strateji baxımdan əhəmiyyətli olduğunu demirəm, amma Əfqanıstanın cənubundakı döyüşlər baxımından əhəmiyyətlidir," deyə o bildirib.

Nikolson həmçinin deyib ki, döyüş davam etsə də, Talibanın bəzi orta və yüksək səviyyəli liderləri Əfqanıstan rəsmiləri ilə barışıq yollarını müzakirə edir.

Bu arada Əfqanıstanın xüsusi qüvvələri Taliban silahlı qruplaşmasının saxladığı 100-dən artıq məhbusu xilas ediblər. Helmand vilayətində xüsusi əməliyyat zamanı azad edilənlər arasında qadınlar və uşaqlar da var.

Ordunun sözçüsüƏbdel Qədir Bahadorzai deyib ki, mayın 31-də səhər saatlarında aparılan əməliyyat zamanı 103 nəfər azadlığa çıxıb. O, dörd yaraqlının öldürüldüyünü bildirir.

Taliban hələlik məsələni şərh etməyib.

Məhbusların çoxu dinc şəxslər olub, aralarında beş qadın, iki uşaq, üç polis əməkdaşı var.

Taliban da öz növbəsində, bir ay öncə hər il olduğu kimi bahar hücumuna başlayandan bəri döyüş meydanındakı hücumlarını intensivləşdirib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG