Accessibility links

ABŞ ordusu İranın mümkün hücumuna qarşı arsenalını gücləndirir


ABŞ ordusu İranın mümkün hücumuna qarşı arsenalını gücləndirir
please wait

No media source currently available

0:00 0:01:43 0:00

Birləşmiş Ştatlar ordusu İrandan mümkün hücumun qarşısını almaq üçün Yaxın Şərqdə arsenalını gücləndirir. Bu addım doğrudurmu və əsl təhlükə nədən ibarətdir?

Güc nümayişi və İrana açıq-aşkar işarə.

Patriot raket batareyası və USS Arlington dörd B-52 bombardmançısı və nəhəng USS Abraham Lincoln təyyarə daşıyıcısına qoşulacaq.

Mühümdür ki, İran amerikalılar və ya Amerikanın maraqlarına qarşı hər hansı hücuma qarşı müvafiq cavab tədbirləri görüləcəyini bilsin.
Pat Şanahan

Komandirlər bütün bu əlavə qüvvələri kəşfiyyat xidməti regionda Amerika qüvvələrinə qarşı İran tərəfindən “quru və dəniz” üzərindən mümkün təhlükələr barədə məlumat toplayandan sonra tələb edib.

“Mühümdür ki, İran amerikalılar və ya Amerikanın maraqlarına qarşı hər hansı hücuma qarşı müvafiq cavab tədbirləri görüləcəyini bilsin”, müdafiə nəziri vəzifəsini icra edən Pat Şanahan bildirib.

Yüksək rütbəli ordu rəsmisinin bildirdiyinə görə, bu təhlükələrə İranın İslam İnqilab Keşikçiləri Korpusunun raketlərlə təchiz etdiyi kommersiya gəmiləri daxildir.

Amma İslam Dövlətinə qarşı mübarizə aparan koalisiyanın yüksək rütbəli zabiti fərqli düşünür.

“İraq və Suriyada İranın dəstəklədiyi qüvvələr tərəfindən təhlükənin olacağına dair heç bir işarə olmayıb”, İŞİD-ə qarşı mübarizə koalisiyasının strategiya üzrə komandir müavini, britaniyalı general-mayor Kris Gika bildirib.

Patriot raket batareyası
Patriot raket batareyası

ABŞ hərbi qüvvələri brifinqdən sonra bildirib ki, “‘Sarsılmaz Qətiyyət Əməliyyatının’ komandir müavininin bu yaxınlarda söylədikləri ABŞ və müttəfiqlərin kəşfiyyat xidmətlərinin müəyyən etdiyi regionda İranın dəstəklədiyi qüvvələrin törətdiyi təhlükələrə ziddir”. Hazırda İraq və Suriyadakı bütün hərbi qulluqçular hazır vəziyyətə gətirilib.

“Düşünürəm ki, biz məhdud cavab tədbiri görməyin yolunu tapa bilərik və bunu etməliyik. Amma əgər cavab tədbirini şişirtsək, müharibəyə doğru gedə bilərik”, Brukinqs İnstitutundan Maykl O’Hanlon bildirir.

Rəsmilər deyir ki, Birləşmiş Ştatlar müharibə istəmir, amma Amerika qüvvələrini qoruyacaq.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG