Accessibility links

ABŞ Pakistanın Əfqanıstanda müharibəyə son qoyacaq müzakirələrdəki rolunu alqışlayıb


ABŞ Pakistanın qonşu Əfqanıstanda müharibəyə son qoyacaq müzakirələrdəki rolunu alqışlayıb.

Alqış Pakistanın baş naziri İmran Xanın ölkəsinin Vaşinqtonun Əfqanıstan Talibanı ilə müzakirələrə vasitəçilik edəcəyini deməsindən sonra səslənib.

“ABŞ Pakistanın Taliban, Əfqanıstan Talibanı və digər qruplarla müzakirələr üçün geniş əməkdaşlığını alqışlayır“- deyə, ABŞ-ın Kabildəki səfirliyinin sözçüsü Amerikanın Səsinə bildirib.

“ABŞ-ın Əfqanıstanda barışıq üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad Taliban və digər maraqlı tərəflərlə müzakirələr keçirib və danışıqları davam etdirəcək“, sözçü əlavə edib.

Hələ ki, nə Xan, nə də Amerika qarşıdan gələn danışıqlar barədə məlumat verib.

Zalmay Xəlilzad
Zalmay Xəlilzad

Əfqanıstanda bəzi mənbələr görüşün sabah İslamadda baş tutacağını bildirsə də, rəsmi bəyanat verilməyib.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp bu ayın əvvəlində Talibanın Əfqanıstanda sülh danışıqlarına cəlb edilməsində Pakistanın səylərini artırmasını istəyib.

Pakistanın baş naziri İmran Xan Trampdan Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın müzakirələr məqsədilə Pakistana səfər edəcəyi barədə məlumat olan məktub aldığını bildirib.

Taliban nümayəndəsi Şer Məhəmməd Abbas Stanakzai
Taliban nümayəndəsi Şer Məhəmməd Abbas Stanakzai

İmran Xan Əfqanıstanda sülhün bərqərar olmasında Pakistanın əhəmiyyətli mövqedə olduğunu və bunun üçün əlindən gələni edəcəyini deyib.

Birləşmiş Ştatlarla Pakistan arasındakı yüksək səviyyəli təmas iki ölkə arasında münasibətlərdə gərginliyin artdığı dövrə təsadüf edir. Belə ki, ABŞ-la Pakistan arasında əlaqələr Amerikanın İslamabadı Talibanın Əfqanıstanda hücumlar keçirmək üçün Pakistan ərazisindəki sığınacaqlardan istifadə etdiyi haqda iddialarla əlaqədar gərginləşib.

17 ildir sürən Əfqanıstan müharibəsi son aylar Talibanın hücumlarının artması ilə intensivləşib. Talibanın hücumları ABŞ-ın dəstəklədiyi Əfqanıstanın təhlükəsizlik qüvvələri arasında böyük itkisinə səbəb olub.

XS
SM
MD
LG