ABŞ Pakistandan Afqanıstan hökumətindən Talibanla birbaşa danışıqlara yardım göstərməsini istədiyini təsdiq edib.
Sülh səylərinin ən mühüm komponenti Pakistanın konstruktiv roludur
Gərgin münasibətlərin aylarla davam etməsi və yüksək səviyyəli görüşlərə mane törədilməsindən sonra ABŞ-ın vitse-preidenti Mayk Pens və dövlət katibi Mayk Pompeo Pakistanın mülki və hərbi liderləri ilə gğrüşə nail olub. Onlar Əfqanıstanda siyası barışığa çağırıb.
Gürüşlər vaşqintonun İslamabada hərbi yardımlarını dayandırmasından sonra keçirilib. Hər iki ölkə diplomatlarının səyahətlərinə məhdudiyyətlər tətbiq edib.
ABŞ prezidenti Trampın yardımçısının müavini Liza Körts Amerikanın bir çox yollarla Əfqanıstanda sülhə nail olunmasına çalışdığını bildirib.
Vaşinqtonda keçirilən seminarda o deyib ki, sülh səylərinin ən mühüm komponenti Pakistanın konstruktiv roludur.
Əfqanıstan prezidenti Əşrəf Qani bəyan edib ki, Ramazan bayramı ilə əlaqədar Talibanla müvəqqəti atəşkəs barədə razılıq əldə edilib.
O deyib ki, bu razılaşma iyunun 12-dən 20-dək qüvvədə olacaq.
Prezident bu müddət ərzində Talibana qarşı döyüş əməliyyatlarının dayandırılacağını, lakin İslam Dövləti ekstremist təşkilatı ilə mübarizənin davam etdiriləcəyini bildirib.