Accessibility links

ABŞ Pakistanla əlaqələrin yaxşılaşdırılmasına çalışır


ABŞ Pakistanla əlaqələrin yaxşılaşdırılmasına çalışır
please wait

No media source currently available

0:00 0:01:55 0:00

ABŞ Pakistanla əlaqələrin yaxşılaşdırılmasına çalışır

Həm ABŞ, həm də Pakistan ölkələr arasında əlaqələrin yaxşılaşdırılmasını istəyir. Ancaq Əfqanıstandakı müharibə bunun qarşısında böyük bir maneədir. ABŞ Dövlət Departamenti Əfqanıstanda sülh və sabitliyin ABŞ və Pakistan arasında tərəfdaşlığın təməli olduğunu bildirib.

ABŞ Dövlət katibi Mayk Pompeo çərşənbə axşamı Dövlət Departamentində Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi qəbul edib.

Vaşinqton və İslamabad rəsmi olaraq terrorizmlə mübarizədə müttəfiqdirlər. Lakin Pakistanın Taliban üsyançılarını qonşu Əfqanıstanda müharibədə dəstəkləməsi ilə bağlı iddialar əlaqələrin səviyyəsinin aşağı düşməsinə gətirib çıxarıb. Dövlət Departamentinin rəsmi nümayəndəsi Alisa Vells Əfqanıstanın görüşün diqqətmə mərkəzində olduğunu söyləyib. O deyir: “Biz aydın şəkildə bildirdik ki, tərəfdaşlığa Əfqanıstandakı sülh və sabitliklə başlamaq lazımdır. Ötən il ərzində Tramp administrasiyası bir neçə dəfə Talibanı danışıqlar masasına gətirə bilmədiyimizlə bağlı narazılığını bildirirb. Beləliklə, bu gündəmdə olan mövzudur.”

Pakistan ABŞ-la əlaqələrdə yeni səhifə açmaq istədiyini bildirib və Pakistanın xarici işlər naziri Qureşi bəzi məsələlərdə mümkün kompromislərin olduğunu deyib. Bunlardan biri ABŞ-a Əl-Qaidə lideri Osama bin Ladeni tapıb və onu öldürməyə köməklik edəndən sonra həbs olunan pakistanlı həkim Şakil Əfridinin taleyidir. Qureşi yeni seçilən baş nazir İmran Xanın bu məsələdə daha mülayim mövqe göstərə biləcəyini deyib.

Lakin Dövlət Departamentinin sözçüsü Hether Nauert bu məsələdə heç bir yeniliyin olmadığını söyləyib. O deyir: “Onlar bu barədə uzun zamandır danışırlar, düşünürəm bu mövzuda müəyyən irəliləyiş olmalı idi. Biz bnuu hələ də görmürük.”

Hər iki tərəf məhsuldar görüşlər keçirdiyini və daha yaxşı əlaqələrəin qurulmasın istiqamətində iş apardıqlarını bildirir.

XS
SM
MD
LG