Accessibility links

ABŞ Pakistanla hava hövzəsindən istifadəni müzakirə edir


Pakistan şənbə günü mətbutda ölkənin Birləşmiş Ştatların qonşu Əfqanıstanda terror əleyhinə hərbi missiyalar keçirmək üçün Pakistanın hava hövzəsindən istifadə etməsi üçün razılıq üzərində işlədiyinə dair iddiaları inkar etməyib.

Açıqlama CNN Vaşinqtonun Əfqanıstan ərazisində fəaliyyət göstərən hərbi və kəşfiyyat əməliyyatları aparmaq üçün Pakistanın hava hövzəsindən istifadə etməklə bağlı İslamabadla “rəsmi razılıq əldə etməyə yaxındır.”

Xarici İşlər Nazirliyinin sözçüsü Asim İftixar Əhməd bəyanatda bildirib ki, “belə bir anlaşma yoxdur.”

“Pakistan və ABŞ regional təhlükəsizlik və terror əleyhinə mübarizə sahəsində uzun müddətdir əməkdaşlıq edirlər və iki tərəf müntəzəm olaraq məsləhətləşmələr aparırlar,” Əhməd deyib. O əlavə məlumat paylaşmayıb.

Amerika televiziya kanalı ABŞ Prezidenti Co Bayden administrasiyasının cümə günü Konqres üzvlərinə verdiyi məxfi məlumatlardan xəbərdar olan üç mənbəyə istinadən bildirib ki, danışıqlar davam edir və razılığın şərtləri yekunlaşmadan dəyişə bilər.

Vaşinqton ABŞ və NATO qoşunları 20 ildən sonra avqust ayında ölkədən çıxandan bəri Amerika ordusuna İslam Dövləti qrupunun regiondakı qolu İslam Dövləti-Xorasan qrupu və Əfqanıstandakı digər terror qrupları ilə əlaqəsi olan militantlara qarşı vaxtında terror əleyhinə əməliyyatlar keçirməsinə imkan yaradacaq razılıq əldə etməyə çalışır.

CNN-nin məlumatına görə, İslamabad terrorla mübarizə səyləri və Pakistanın düşməni Hindistanla əlaqələrini idarə etməyə yardım etmək müqabilində anlayış memorandumu imzalamaq istəyini ifadə edib.

Pakistanın hava və quru yolları ABŞ-ın 20 il öncə Amerikaya 11 sentyabr hücumlarının Əl-Qaidəli təşkilatçılarına sığınacaq verdiyi üçün ozamankı Taliban hökumətini devirmək məqsədilə Əfqanıstana hərbi müdaxiləsini asanlaşdırmaqda mühüm rol oynayıb.

Pakistan və ABŞ rəsmiləri Amerikan ordusunun Əfqanıstanda kəşfiyyat toplamaq əməliyyatları üçün hələ də Pakistanın hava hövzəsindən istifadə etdiyini etiraf edir, lakin onlar deyir ki, gələcəkdə bunu etmək üçün rəsmi razılıq əldə olunmalıdır.

Xarici orduların Əfqanıstandan geri çəkilçəsi Taliban qiyamçılatına avqust ayında Kabildə Qərbin dəstəklədiyi hökuməti devirib, hakimiyyəti ələ keçirməyə imkan yaratdı.

Lakin İŞİD-Xorasan o zamandan bəri müharibənin dağıtdığı ölkə boyu hücumları, qətlləri artırıb və çoxu mülki vətəndaş olmaqla yüzlərlə əfqanı öldürüb.

XS
SM
MD
LG