Accessibility links

ABŞ paneli bütün amerikalılara gücləndirici vaksin dozalarının tətbiq edilməsi planını rədd edib


Cümə günü ABŞ hökumətinin məsləhət heyəti demək olar ki, bütün amerikalılar üçün gücləndirici vaksin dozasını dəstəkləyən Prezident Co Baydenin administrasiyasının planlarına baxmayaraq, COVID-19 peyvəndi gücləndiricilərinin geniş istifadəsi planını rədd edib.

Ərzaq və Dərman Administrasiyasının (FDA) peyvənd məsləhət heyəti 16-2 səslə təhlükəsizlikləri haqqında məlumatların olmaması və faydası ilə bağlı sübutların olmamasını əsas gətirərək gücləndiricilərin geniş yayılmasını rədd edib.

Müstəqil panel 65 yaşdan yuxarı və ya ağır xəstəlik riski olan insanlar üçün əlavə peyvənd dozalarının tətbiqini təsdiqləyib.

Dərman istehsalçısı Pfizer 16 yaşdan yuxarı insanlar üçün gücləndiricilərə tam təsdiq istəyib. Bu təklif Bayden administrasiyası tərəfindən dəstəklənib.

Ağ Ev keçən ay Pfizer və ya Moderna peyvəndləri alan amerikalıların ikinci dozadan 8 ay sonra gücləndirici doza ala biləcəklərini açıqlayıb. Cümə günü Ağ Evin səhiyyə rəsmiləri tərəfindən təsdiqlənərsə, gücləndirici vaksinlərin tətbiqini həyata keçirməyə hazır olduqlarını söyləyib.

Pfizer bu həftə FDA-yə məlumat verərək, ikinci dozadan sonra hər iki ayda bir peyvəndin təsirinin təxminən 6% azaldığını söyləyib. Altı aylıq bir dövrdə gücləndirici dozanın bir virusa qarşı qorunmanın gücləndirilməsində etibarlı və təsirli olduğunu göstərdiyini vurğulayıb.

Araşdırmalar göstərir ki, peyvənd olunan şəxslərdə immunitet səviyyələri zamanla azalsa da, Pfizer peyvəndi hətta Delta variantlı hallarda belə ağır xəstəlik və ölümdən güclü qorunma təmin edir.

FDA panelinin tövsiyəsi icbari deyil; Ərzaq və Dərman Administrasiyasından panelin tövsiyələrinə riayət etməsi tələb olunmur, lakin çox vaxt bu belə olur.

Gələn həftə isə Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərinin müstəqil bir məsləhət heyəti kimin nə vaxt gücləndirici almalı olduğunu müzakirə edəcək.

Eyni zamanda medianın bildirdiyinə görə, Baydenin gələn həftə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında ölkələri gələn ilin sentyabrına qədər dünyanın 70% -nin peyvənd olması üçün resurslar vəd etməyə çağıracağı gözlənilir.

XS
SM
MD
LG