Accessibility links

Güclıü yağışlar Perl çayının səviyyəsinin 11,2 metrə çatmasına səbəb olub


ABŞ-ın Missisippi ştatının rəsmiləri bazar ertəsi Ceksonda suyun səviyyəsinin belə görünür, maksimum həddə çatdığını və evakuasiya edilmiş sakinlərin evlərinə qayıda biləcəklərinə ümid etdiklərini bildirib.​

Keçən həftə yağan güclü yağışlar son 37 ildə paytaxtdakı Perl çayının səviyyəsinin ən yüksək, 11,2 metrə çatmasına səbəb olub. Yağışlar hökuməti daşan su anbarlarından suyu boşaltmağa məcbur edib ki, bu da aşağı düzənlik bölgələrinin suyun altında qalmasına səbəb olub.

Ştatın qubernatoru Teyt Reevs şənbə günü regionda fövqəladə vəziyyət elan edib və Missisippi ştatının mərkəzi bölgələrindəki bəzi sakinlərinin məcburi olaraq evakuasiya edilməsinə göstəriş verilib.

Daşqın nəticəsində ölən və ya xəsarət alan olmayıb. Sellərin nə qədər evə və küçəyə zərər vurduğu hələ məlum deyil.

Rəsmilər Perl çayının daşması səbəbindən Ceksonun çökək ərazilərinin hələ də daşqınlara həssas ola biləcəyinə dair xəbərdarlıq edib. Onlar eləcə də bu həftənin sonu yağışlar proqnozlaşdırıldığından daha güclü olsa, bunun daha çox daşqına səbəb ola biləcəyi ilə bağlı narahatlıqlarını bildirib.

Qubernator Reevs rəsmilərin təhlükəsiz olduğuna əmin olmayınca sakinlərin evlərinə qayıtmamaları barədə xəbərdarlıq edib.

Perl çayında bazar ertəsi suyun maksimum səviyyəyə çatması üçüncü dəfədir baş verir. 1979-cu ildə çayda suyun səviyyəsi 13,2 metr rekord səviyyəyə çatmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG