Accessibility links

ABŞ-da koronavirusdan ölənlərin sayı 200 mini keçib


Ölkədə COVID-19 pandemiyasından ölənlərin sayı 200 minə çatdığı gün paytaxtdakı Vaşinton Monumentinin ətrafına könüllülər tərəfindən 20 min miniatür ABŞ bayrağı yerləşdirilıb.

Hər bayraq bu ilin əvvəlində virus ABŞ-da ilk başlandığından bəri həyatını itirən 10 qurbanı təmsil edib.

Monumentin qarşısında təşkil edilən dinlərarası mərasimdə iştirak edən Konqresin spikeri Nensi Pelosi yüksək ölüm sayının qarşısının alına biləcəyini deyib və gələcəkdə itkilərin qarşısını almaq üçün elmin inkişafına diqqət yetirməyə çağırıb.

Aprel ayında ABŞ-ın yoluxucu xəstəliklər üzrə mütəxəssisi doktor Entoni Fauci ölənlərin sayının 60 minə yaxın olacağını dediyi halda ABŞ prezidenti Donald Tramp koronavirusun ilkin mərhələsində virusu qripə bənzədərək, ölüm hallarının 75 minlər 100 min arasında olacağını bildirmişdi.

İndi isə Vaşinqton Universitetinin səhiyyə üzrə mütəxəssisləri ölənlərin sayının ilin sonuna qədər 410 minə çata biləcəyini bildirib.

Avropa və Latın Amerikasının bəzi ölkələrində çox sayda ölüm halları qeydə alınsa da, ABŞölüm sayına görə dünyada birinci yerdədir.

Aprel ayının sonlarında ABŞ-da gündə 2000-dən çox ölüm qeydə alınırdısa, hazırda bu rəqəm gündəlik 800-dür. Bu arada isə tədqiqatçılar koronavirus peyvəndi hazırlamağa çalışır və qarşıdan gələn aylarda profilaktika üçün təsdiq ala bilər.

Ekspertlər isə qrip və qış mövsümünün başlaması ilə gündəlik ölüm hallarının artacağını deyir.

XS
SM
MD
LG