Accessibility links

Ağ Ev COVID-19-a qarşı peyvəndlərin sayının artırılacağını bildirib


Ağ Ev çərşənbə axşamı ölkə boyu müəyyən əczaxanalara peyvənd paylanması da daxil olmaqla, COVID-19-a qarşı vaksinlərin tətbiq edilməsinin artırılmas kimi yeni tədbirlərlə bağlı açıqlama verib.

"Keçən həftə edilən elana əsaslanaraq, Bayden-Harris administrasiyası bu həftədən başlayaraq ştatlara, icmalara və bölgələrə həftəlik peyvənd tədarükünü 10,5 milyon dozaya qədər artıracaq", Ağ Evin bəyanatında bildirilib və bunun Prezident Co Baydenin yanvarın 20-dən vəzifəsinə başladığından bəri peyvənd tədarükündə 22% artım demək olduğu qeyd edilib.

Bəyanatda ABŞ-da virusa rekord sayda yoluxma və ölüm hallarının qarşısının alınması ilə mübarizə davam etdiyi vaxt federal hökumətin ştatlar və bölgələrə maskalar və əlcəklər kimi təchizat mallarına sərf etdiyi vəsaiti ödəyəcəyi bildirilib.

Açıqlamada həmçinin koronavirusa qarşı peyvəndlərin gələn həftədən çatdırılacağı əczaxanaların siyahısı da yer alır.

Ağ Evin açıqlaması bir çox ştatda əhalinin həssas qrupları üçün kifayət qədər peyvəndin olmadığı barədə şikayətlərdən sonraya təsadüf edir.

Nyu Orlean kimi şəhərlərdə yaşayan bir çox amerikalı kifayət qədər dozanın olmaması səbəbindən əvvəlcədən planlaşdırılmış vaksinasiyanın ləğv edildiyini bildirib.

The Associated Press xəbər agentliyi və The New York Times qəzetlərinin apardıqları araşdırmaların nəticələri ABŞ-da qaradərili və latın-amerikalıların ağ amerikalılarla müqayisədə daha az peyvənd olunduğunu göstərib.

XS
SM
MD
LG