Accessibility links

Fauçi: “ABŞ həqiqətən kritik bir zaman yaşayır“


ABŞ-ın yoluxucu xəstəliklər üzrə yüksək səviyyəli mütəxəssisi, doktor Entoni Fauçi bazar günü deyib ki, 1.9 milyon amerikalıya peyvənd edildiyi vaxt belə, koronavirusa yeni yoluxma hallarının sayının artmasına görə ABŞ “həqiqətən kritik bir zaman” yaşayır.

Keçən həftə peyvənd vurulan Fauçi bazar günü CNN kanalına verdiyi açıqlamasında shiyyə mütəxəssislərnini tövsiyələrinə baxmayaraq, insanların bayram günlərində ünsiyyət qurmamalarının “çox çətin olduğunu” deyib.

Rəsmilərin verdiyi məlumata görə, bayram günlərində 85 milyon amerikalı qohumlarını və dostlarını ziyarət etmək üçün səyahətə çıxıb və bu, ABŞ-da daha çox yoluxmaya yol açacaq. Artıq son bir neçə həftədir ki, ABŞ-da hər gün 200 min yeni yoluxma halı qeydə alınır.

Doktor Fauçi ”aeroportlarda insanlar sıx şəkildədir və bunu etməməyi tövsiyə etsək də, qarşısını almaq mümkün deyil” deyib.

1984-cü ildən bəri Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru olan və yeni prezident Bayden administrasiyasının baş tibbi məsləhətçisi seçilən Fauçi birmənalı olaraq amerikalıları peyvənd vurmağa çağırıb.

Fauçi 209 milyon yetkin amerikalının 75-80%-nə yaxın aylarda peyvənd vurulacağına ümid etdiyini və bunun pandemiyaya son qoyması üçün ölkədə immun sisteminin möhkəmlənməsi üçün kifayət edə biləcəyini deyib.

O deyib ki, gələn bir neçə ay ərzində ABŞ vaksin vurulmuş insanlar sayına görə, əhəmiyyətli göstərici əldə edə bilər.

ABŞ-da kütləvi peyvənd kampaniyasına artıq başlanıb və prioritet ön cəbhədəki səhiyyə işçiləri və ən həssas qrupa daxil olan qocalar evlərinin sakinlərinə verilib. Bundan sonra isə növbədə 75 və daha yuxarı yaşlılardır.

XS
SM
MD
LG