Accessibility links

ABŞ-da ikinci COVID-19 peyvəndi təsdiq edilib


Cümə axşamı ABŞ paneli ikinci COVID-19 peyvəndinin təcili istifadəsini təsdiqləyib.

ABŞ Ərzaq və Dərman Administrasiyasının müstəqil ekspert məsləhətçilərindən ibarət komitə yeddi saat davam edən müzakirələrdən sonra ABŞ-ın Moderna əczaçılıq şirkətinin hazırladığı peyvənddən istifadəyə razılıq verib. Bu, federal tənzimləyicilərin təcili istifadə üçün ilk peyvəndi təsdiqləməsindən bir həftə sonra baş verib.

"Bu peyvəndlə əlaqədar ətraflı şəkildə araşdırılan dəlillər vaksinin üzləşdiyimiz hər bir faktdan daha üstün olduğunu göstərir" - deyə, Stanford Universitetinin Tibb Mərkəzindən doktor Heyli Qans bildirib.

Ərzaq və Dərman Administrasiyasının komissarı Stiven Han cümə axşamı deyib ki, ola bilsin agentlik peyvəndin istifadəsinin sürətləndirmək məsələsinə cümə günü qərar verəcək.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin bildirdiyinə görə, ABŞ-da koronavirusun səbəb olduğu COVID-19-a 17 milyondan çox təsdiqlənmiş yoluxma, 310.000-ə yaxın ölüm halı qeydə alınıb.

Təsdiq olunduqdan sonra Moderna ilk olaraq səhiyyə işçiləri və qocalar evi sakinləri üçün təqribən 6 milyon doza peyvənd göndərməyə başlayacaq.

Keçən həftə məsləhətçi qrup ilk peyvəndi təsdiqlədikdən bir gün sonra Ərzaq və Dərman Administrasiyası peyvəndin fövqəladə hallarda istifadəsinə icazə verib.

ABŞ-ın əczaçılıq Pfizer və Almaniyanın BioNTech şirkətləri tərəfindən birgə hazırlanan COVID-19 peyvəndinin ilk dozaları ABŞ boyu paylanıb.

Pfizer/BioNTech peyvəndinin hər flakonunda beş doza olsa da, bəzi əczaçılar bir flakondan altı, hətta yeddi doza edilə biləcəyini deyir.

Britaniyanın Milli Səhiyyə Xidməti əlavə dozaların istifadəsinə icazə verilməsi məqsədi ilə Ərzaq və Dərman Administrasiyasına qatılıb. Əlavə dozalar tənzimləyicilər və ya dərman istehsalçısının rəhbərliyi olmadığı üçün atılırdı.

ABŞ-da yoluxma halları sürətlə artdığı üçün 2.9 milyon dozalıq ilkin peyvəndlərin kütləvi tətbiqi proqramına ABŞ xəstəxanalarında və uzunmüddətli müalicə müəssisələrində bazar ertəsindən başlanıb.

Kliniki sınaqlar zamanı hər iki peyvəndin təxminən 95% təsiri olduğu aşkar edilib. Lakin Moderna peyvəndinin soyuqda saxlama müddəti Pfizer/BioNTech peyvəndinə nisbətən daha az olduğu üçün kənd və ucqar bölgələr üçün daha əlverişlidir.

XS
SM
MD
LG