Accessibility links

ABŞ-da 42 nəfərə koronavirus vaksini yerinə yanlışlıqla anticisimlər vurulub


Cons Hopkins Koronavirus Resurs Mərkəzinin bildirdiyinə görə, cümə günü, yeni ilin başlandığı gün dünya boyu COVID-19-a 83,5 milyon yoluxma və bu virusdan 1,8 milyon ölüm halı qeydə alınıb.

Cons Hopkins pandemiya başlayandan bəri koronavirusa təxminən 20 milyon yoluxma, 345 mindən çox ölüm halı ilə ABŞ-ın siyahıda birinci yerdə olduğunu bildirib.

Hopkins Hindistanda 10,2 milyon yoluxma, 148 mindən çox ölüm, Braziliyada isə təxminən 7,6 milyon yoluxma, 195 000 ölüm hallarının olduğunu deyib.

ABŞ-ın Qərbi Virciniya ştatında 42 nəfərə koronavirus peyvəndi vuulmalı idi. Lakin bunun əvəzinə onlara The New York Times-ın “eksperimental monoklonal anticisim müalicəsi” kimi təsvir etdiyi iynələr vurulubmuş.

Qərbi Virciniya Milli Qvardiyası cümə axşamı "Anticisim" alan bütün insanlarla əlaqə qurulduğunu və ya əlaqə qurulacağını bildirib.

Milli Qvardiya insanların heç birinin risk qarşısında olduğuna inanmadığını deyib.

"Baş verənlər barədə bizə məlumat verilən kimi biz dərhal səhvi düzəltmək üçün hərəkətə keçdik, dərhal protokollarımızı nəzərdən keçirdik və bunun təkrarlanmaması üçün paylama prosesində düzəlişlər etdik” - deyə, Qərbi Virciniya Milli Qvardiyasının general-mayoru Ceyms Hoyer bildirib.

Həmin 42 nəfərə Moderna peyvəndi əvəzinə Regeneron antikor vurulduğu bildirilib.

"Bu, prezident Tramp yoluxduğu zaman ona tətbiq olunanla eynidir" - deyə, Qərbi Virciniyanın COVID-19 üzrə baş mütəxəssisi Klay Marş şərhində bildirib.

Qərbi Virciniya Milli Qvardiyası səhv müalicə alan insanlara “prioritet statusu ilə ən qısa müddətdə peyvənd təklif ediləcəyini” deyib.

XS
SM
MD
LG