Accessibility links

ABŞ Polşada BMT-nin konfransında iqlim dəyişikliyini inkar edib


ABŞ Polşada BMT-nin konfransında iqlim dəyişikliyini inkar edib
please wait

No media source currently available

0:00 0:02:31 0:00

ABŞ-ın enerjisi rəsmisi Polşada keçirilən BMT-nin iqlim müzakirələri zamanı deyib ki, heç bir ölkə ekoloji davamlılıq üçün iqtisadi firavanlığını və ya enerji təhlükəsizliyini qurban verməməlidir. Enerji departamentinin beynəlxalq məsələlər üzlə katib yardımçısının baş müavini Preston Uells Qriffit bazar ertəsi Katovitsada ABŞ hökümətinin sponsorluğu ilə keçirilən tədbirdə çıxış edib və ABŞ administrasiyasının siyasətinin qalıq yanacaq sənayesini dəstəklədiyinə dair tənqidlərə cavab verib.

Biz inanırıq ki, heç bir ölkə ekoloji davamlılıq üçün iqtisadi firavanlıq və enerji təhlükəsizliyini qurban verməməlidir.
Preston Tells Qriffit

BMT-nin iqlim danışıqları çərçivəsində ABŞ-ın sponsorluğu ilə qalıq yanacaqlarını təbliğ edən tədbir zamanı etirazçılar Tramp administrasiyasını qalıq yanacaqlarını “torpağın altında saxlamağa” çağırıb. Etirazçıların bəziləri amerikalılar olub.

“Mən öz hökümətimi məhkəməyə vermişəm, ona görə ki, onlar qlobal iqlim böhranını əbədiləşdirirlər”, 19 yaşlı amerikalı Vik Barret deyib.

ABŞ prezidentinin nümayəndəsi Preston Uells Qriffit deyib ki, ABŞ iqtisadiyyatı kömür sənayesinə məhdudiyyətlərin aradan qaldırılması səbəbilə inkişaf edir.

“Biz inanırıq ki, heç bir ölkə ekoloji davamlılıq üçün iqtisadi firavanlıq və enerji təhlükəsizliyini qurban verməməlidir”, o söyləyib.

ABŞ hökümətinin bu yaxınlarda yaydığı hesabat da daxil olmaqla, müxtəlif elmi hesabatların nəticələri göstərir ki, karbon emissiyaları və digər insan fəaliyyətləri qlobal istiləşməyə səbəb olub. ABŞ prezidenti Donald Tramp deyib ki, o bu hesabatlara inanmır və karbon emissiyalarını azaltmağa yönəlmiş səylər ABŞ iqtisadiyyatına ziyan vurur.

“Bunun kimi iclaslarda təşviş tez-tez enerji və ətraf mühit narahatlıqlarına praqmatik həll yollarını əvəzləyir”, Qriffit deyib.

ABŞ-ın kömür sənayesini yenidən canlandırmaq siyasətinin ölkə daxilində və xaricdə bir çox tənqidçisi var.

Ətraf mühim fəalları Polşada etiraz edir
Ətraf mühim fəalları Polşada etiraz edir

“ABŞ-da emissiyalar yenidən artmaqdadır və hazırda ABŞ bu məsələdə Səudiyyə Ərəbistanından sonra ikinci ən pis ölkədir” – deyə, Germanwatch-un baş məsləhətçisi Yan Burk bildirib.

Lakin bir çox ABŞ biznesi və ştat hökümətləri iqlim dəyişikliyinə qarşı addımlar atır. Bazar ertəsi bir neçə ABŞ şirkətinin nümayəndəsi digər ölkələrdən gələn həmkarları ilə görüş zamanı ABŞ hökümətininin qalıqyanacaqlarını təbliğ etməsini qınayıb.

“Trampın Ağ Evindəki bu insanlar müdirlərinə yaltaqlanmağa çalışırlar və bunun kimi beynəlaxalq tədbirlərdə onun gündəmini müzakirə etməyə davam etdiklərini göstərmək istəyirlər. Amma bu, insanları məyus edəcək, çünki bu bir daha sübut edəcək ki, Birləşmiş Ştatlar bu mühüm məsələdə qlobal ictimaiyyətdən təcrid olunub,” Ümumdünya Ehtiyat İnstitutundan Endrü Layt söyləyib.

Alimlər yenilənə bilən enerji mənbələrinə keçidə çağırır, çünki əks halda bu əsrin sonunadək iqlim dəyişikliyi fəlakətli səviyyəyə çatacaq. Birləşmiş Ştatlar, Rusiya, Səudiyyə Ərəbistanı və Avstraliya kimi nəhəng qalıq yanacaqları istehsalçıları bu cür çağırışlara müqavimət göstərir.

XS
SM
MD
LG