Nyu York şəhərində insanların parklara toplaşmasına və oyun oynamalarına mane olmaq üçün basketbol meydançalarında halqaları sökməyə başlayıblar. Nyu-Cersi ştatının Leykvud şəhərinin polisi böyük toplantılara qoyulan qadağanı pozaraq, təşkil edilən toy mərasiminə toplaşanları dağıdıb. Texas ştatının Ostin şəhərində insanların evdən çıxmamaları ilə bağlı qanunu pozanlar barədə məlumat vermək üçün qaynar xətt qurulub.
Səhiyyə rəsmilərinin bildirdiyinə görə, COVID-19-un qarşısının alınması üçün çox vacib olan sosial təcrid qaydalarının tətbiqində polis idarələri aparıcı rol oynayır.
Park mühafizəçiləri, yanğınsöndürmə idarələrinin müfəttişləri və digər dövlət işçiləri ilə birlikdə, daha çox şübhəliləri təqib etmək və asayişi qorumaqla məşğul olan polis məmurları hazırda diqqəti insanların biri-birilərindən azı 6 metr aralı qalmalarını təmin etməyə yönəldib.
"Biz izdihama, növbələrə, bir-birimizə yaxın olmağa öyrəşmişik. Amma artıq bunu etmək olmaq" deyə," Nyu-York şəhərinin meri Bill de Blasio bu həftə keçirdiyi brifinqdə bildirib.
Tayms Meydanında Yeni iİ şənliyində olduğu kimi böyük izdihamları qorumağı adət edən Nyu-York Polis İdarəsinin zabitləri şəhərin küçələrində və ictimai yerlərdə kiçik qrupları dağıtmaqla məşğuldur.
Polis terror təhlükəsi əvəzinə cümə axşamı azı 280-nin Nyu-Yorkda olmaqla, ABŞ-da 1000-dən çox insanın ölümünə səbəb olan virusun yayılmasının qarşısını almağa çalışır.
Ölkənin ən böyük polis idarəsi olan Nyu-York Polis İdarəsinin zabitləri bu ay tətbiq olunan qadağaya əməl olunub-olunmadığını yoxlamaq üçün minlərlə bar və restoranlara baş çəkib.
Artıq diqqət bəzi insanların hava istiləşdikcə toplaşdığı parklara, oyun meydançalarına, yaşayış binalarının həyətlərinə və səkilərə məhdudiyyətlər qoyulmasına yönəlib.