ABŞ prezidenti Donald Tramp hazırkı və keçmiş ABŞ rəsmilərinin partlayıcı maddələrlə hədəf alınmasını “iyrənc” və “rəzil” hərəkət adlandırıraq deyib ki, Birləşmiş Ştatlarda siyasi zorakılığa yer yoxdur.
Amerika xalqının təhlükəsizliyi mənim ən böyük prioritetimdirDonald Tramp
Ağ Evdə danışan Tramp keçmiş prezident Barak Obama və 2016-cı ildə ABŞ prezident seçkilərində onun demokrat rəqibi olan Hillari Klintona bomba və başqa partlayıcı maddələrin olduğu bağlamaların göndərildiyi xəbərini “böyük qəzəblə qarşıladığını və bundan son dərəcə narazı olduğunu" bildirib.
Eyni bağlamalar keçmiş baş prokuror, Konqresdə keçmiş demokrat qanunverici və Mərkəzi Kəşfiyyat agentliyinin keçmiş rəhbərinə göndərilib. Bu şəxslərin hamısı prezidentin tənqidçiləridir.
Tramp bağlamaların kim tərəfindən göndərildiyini müəyyən etmək məqsədilə federal təhqiqatın aparıldığını deyib.
“Amerika xalqının təhlükəsizliyi mənim ən böyük prioritetimdir”, Tramp bildirib.
Cümə axşamı hüquq-mühafizə orqanları tanınmış demokratlara göndərilən bombaları topladığı bir vaxt isə Donald Tramp Amerikadakı qəzəbli siyasi ab-havaya görə medianı günhalandırıb.
"Cəmiyyətimizdə şahid olduğumuz qəzəbin böyük bir hissəsinə mənim "saxta xəbər" adlandırdığım populyar medianın qəsdən yaydığı yalan və yanlış xəbərlər səbəb olub. Vəziyyət o dərəcə pisləşib və mənfurlaşıb ki, artıq təsviredilməz hal alıb"- deyə, Tramp bildirib.
Trampın tviti cümə axşamı aktyor Robert de Niro və sabiq vitse-prezident Co Baydenin evinə ünvanlanan bağlamalarda da partlayıcı cihazların tapıldığı vaxta təsadüf edib. Beləliklə bazar ertəsindən bəri Birləşmiş Ştatlar boyu bu cür bağlamaların sayı 10- keçib.
Nyu York polisi bildirib ki, cümə axşamı aktyor Rober De Nironun sahibi olduğu film istehsalı şirkətinə göndərilən baglama keçmiş prezident Barak Obama və sabiq dövlət katibi Hillari Klinton da daxil olmaqla digər tanınmış demokratlara göndərilən bağlamalara bənzəyir.
Federal Təhqiqat Bürosu Delaverdə sabiq vitse-prezident Co Baydenə iki bağlamanın göndərildiyini təsdiq edib.
ABŞ-ın gizli xidmət idarəsi çərşənbə günü bir neçə saat ərzində Nyu-Yorkda Klintona, Vaşinqtonda isə Obamaya bağlama göndərildiyini aşkar edib. Eyni zamanda, Mərkəzi Kəşfiyyat Agentliyinin keçmiş rəhbəri Con Brennana bağlama göndərildiyi müəyyən edildikdən sonra Nyu-Yorkda CNN tele-şirkətinin studiyalarının yerləşdiyi Time Warner mərkəzində təxliyə əməliyyatı keçirilib.
Nyu-York polis rəsmilərinin bildirdiyinə görə, bağlamanın içində aktiv partlayıcı cihaz olub. Bağlamada həmçinin ağ tozun da olduğu bildirilib.