Accessibility links

ABŞ-ın federal qüvvələri ilə etirazçılar arasında daha bir qarşıdurma


Portland polisi bazar ertəsi erkən saatlarda etirazçılar və ABŞ-ın federal qüvvələr arasındakı qarşıdurmanın baş verdiyi daha bir gecə haqda məlumat verib. Belə ki, Oreqonanın ən böyük şəhərindəki ədliyyə binası yaxınlığında kiçik bir yanğın baş verib və etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edilib.

Polis idarəsi və mətbuatın bildirdiyinə görə, polis əməkdaşları izdihamla ünsiyyət qurmamağa çalışıb və federal hökumət nümayəndələri nümayişçiləri qorxutmaq üçün vaxtaşırı ədliyyə binasından çıxıb.

İnternetdə yayılan videoda etirazçıların ədliyyə binasını mühasirəyə alan hasarı dağıtdığı nümayiş etdirilib. "Federal hüquq-mühafizə orqanları əllərində qalxan, çətir və xokkey taxtası, başlarında dəbilqə, qaz maskası ilə ədliyyə binasının qapılarına yaxınlaşan onlarla insanın qarşısını kəsib" - deyə, polis açıqlamasında bildirib.

Açıqlamada bildirilib ki, nümüyişçilərin dağıdılması üçün qazdan azı iki dəfə istifadə edilib. Lakin şəhər polisi bu fəaliyyətlərin heç birində iştirak etməyib.

Belə bir açıqülama bəzi yerli və ştat liderlərinin təxminən iki ay əvvəl Minneapolisdə Corc Floydun ölümündən bəri hər gün keçirilən etiraz nümayişləri keçirilən şəhərdə federal agentlərin olması ilə bağlı narazılıqların dilə gətirildiyi bir vaxt verilib.

XS
SM
MD
LG