Accessibility links

Seçki elektoratları Co Baydenin qələbəsini təsdiqləməyə başlayıb


ABŞ ştatalarının seçki elektoratları bazar ertəsi Seçici Kollegiyasında keçən ay keçirilən prezident seçkilərincə Co Baydeninin qələbəsini rəsmi olaraq təsdiqləməyə başlayıb.

Təxminən yarım əsrdir ABŞ siyasətində Demokratik fikrə sahib olan Bayden böyük ehtimalla elektoral səslərin hamısını qazanaraq 306 və 232 səs fərqi ilə Donald Trampa qalib gələcək. Donald Tramp isə 244 illik ölkə tarixində ikinci dəfə prezident seçilə bilməyən beş prezidentdən biri olacaq.

Əslində seçki elektoratının səsverməsi ABŞ prezident seçkiləri təqvimində rutin bir rəsmiyyətdir. Ancaq 3 noyabrda keçirilən milli səsvermədən sonra Tramp səsvermənin saxta olduğunu dəfələrlə etibarlı bir dəlil olmadan iddia etməsi səbəbindən bu rutin böyük diqqət çəkib.

Tramp və tərəfdarları əsas mübarizə ştatlarında başlatdığı 50-dən çox məhkəmə iddiasının hamısını uduzub.

Seçki elektoratları tez-tez ştatın əsas hökümət binasında görüşsədə, bu bazar ertəsi bəzi gərginlikkər yaranıb. Bəzi elektoratlar səsverməni gizli bir məkanda həyata keçirib. Və ən azı iki ştatada rəsmilər elektoratlar hökümət binasına gəlmək üçün silahlı qoruma ilə təmin edilib.

Səsvermə müxtəlif ştatlarda müxtəlif vaxtlarda keçirilir. Lakin ştatların ən az yarısı şəffaflıq üçün səsverməni canlı olaraq yayımlayır.

Bayden səsvermə başa çatdıqdan sonra bazar ertəsi gecəsi xalqa müraciət etməyi planlaşdırır.

Bayden 7 milyondan çox səs fərqi ilə seçkiləri qazansa da, 538 üzvlü dolayı demokratiya yolu ilə Seçki Kollegiyası ABŞ prezident seçkilərinin nəticələrini təyin edir.

Bundan sonra isə yanvarın 6-da ABŞ Senatı və Nümayəndələr Palatası bazar ertəsi Seçki Kollegiyasında səslərin rəsmi olaraq sayılması üçün Konqresin ortaq iclasında yenidən toplanacaq.

Daha sonra isə yanvarın 20-də günorta saatlarında Baydenin 46-cı prezident kimi and içməsi gözlənilir. 78 yaşlı Co Bayden ABŞ tarixində ən yaşı lider olacaq.

XS
SM
MD
LG