Accessibility links

ABŞ prezidenti Şimali Koreyanın imzalanan sazişin şərtlərinə sadiq qalacağından əminliyini ifadə edib


ABŞ prezidenti Şimali Koreya lideri Kim Conq Unun imzalanan sazişin şərtlərinə sadiq qalacağından əminliyini ifadə edib.

Bu gün Donald Trampın Twitter hesabında yazdıqları Pxenyanın dövlət katibi Mayk Pompeonun tələblərinin qanqstersayaq adlandırılmasından sonraya təsadüf edib. Pompeonun Pxenyana səfəri zamanı nüvə proqramından əl çəkilməsi ilə bağlı danışıqları Pxenyan məyusedici adlandırıb.

ABŞ dövlət katibi Mayk Pompeo Şimali Koreyaya qarşı sanksiyaların “Kim Con Unla razılaşdırıldığı kimi yekun və tamamilə təsdiqlənmiş nüvəsizləşdirilməyə qədər” yerində qalacağını deyib.

Pompeo bu açıqlamanı bazar günü Tokioda Cənubi Koreya və Yaponiyanın xarici işlər nazirləri ilə birgə mətbuat konfransında verib.

“Biz bu danışıqlarda irəliləyişə ümidlə baxsaq da, təkcə irəliləyiş hazırkı sanksiyalar rejiminin yüngülləşdirilməsini doğrulda bilməz”, deyə o bildirib.

Dövlət katibi “tamamilə nüvəsizləşdirilmə ilə bağlı” verifikasiya prosesinin olacağını deyib və əlavə edib ki, bu, prezident Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında razılaşdırılmış bir məsələdir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG