Accessibility links

ABŞ Nümayəndələr Palatası və Prezident 1.9 trilyon dollarlıq koronavirus yardım paketini təsdiq etdi


ABŞ Prezidenti 1.9 trilyon dollarlıq koronavirus yardım paketini imzaladı
please wait

No media source currently available

0:00 0:02:48 0:00

ABŞ Nümayəndələr Palatasının bu həftə nəhəng COVID-10 yardım paketini təsdiq etməsindən sonra ABŞ Prezidenti martın 11-də qanun layihəsini imzaladı. Bu yardım paketinin məqsədi Amerika iqtisadiyyatını dirçəltmək və xarici ölkələrə milyardlarla dollarlıq qlobal səhiyyə yardımı etməkdir.

Dünya boyu vaksinlər tətbiq olunmağa davam etdiyi, ABŞ-da isə vaksinasiya olunanların sayı 10 faizə çatdığı bir vaxt ABŞ Konqresi pandemiya ilə mübarizə aparmaq üçün nəhəng qanun layihəsini qəbul edib.

Bu qanun layihəsi nəticəsində daha çox insana vaksin vurulacaq, daha çox uşaq təhlükəsiz şəkildə məktəbə geri dönəcək, insanlara daha çox pul veriləcək, daha çox insan işə geri dönəcək,” Demokrat nümayəndə Cim MakQovern bildirib.

1.9 trilyon dollarlıq yardım paketi əhalini təxminən son 100 ildə yoxsulluq əleyhinə ən böyük yardımla təmin etməklə ABŞ iqtisadiyyatını transformasiya edəcək.

“Əksər insanların bu böhrandan proqressiv siyasətini irəlilətmək üçün sui-istifadə etdiyini demək şişirtmək olmaz,” Respublikaçı nümayəndə Tom Kol bildirir.

Ancaq bəzi təhlilçilər deyir ki, yardım paketinin məbləğinin təkcə ABŞ deyil, dünya iqtisadiyyatına mühüm təsiri olacaq.

“1.9 milyard dollarlıq yardım paketi qlobal iqtisadiyyatı 1 faiz artıracaq. Bu, qeyri-adi bir bəyanatdır. Əgər biz pandemiyadan çıxa və iqtisadi fəallığı bərpa edə bilsək, bizim artım tempimiz çox yüksək olacaq,” Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Stefen Morrison bildirir.

Qanun layihəsində ABŞ-ın xarici ölkələrə yardımı üçün 11 milyard dollar ayrılıb. Bu yardım inkişaf etməkdə olan ölkələrdə COVID proqramlarını sabitləşdirir və ABŞ-ın beynəlxalq vaksin proqramı olan COVAX-a yardımı davam etdirir. Səhiyyə ekspertləri deyir ki, qanun layihəsində amerikalılar üçün kifayət qədər peyvəndlər maliyyələşdirilməyib.

“Viruslar sərhəd tanımır. Əgər biz vaksinləmə kampaniyasını ləng həyata keçirsək, mümkündür ki, hazırkı vaksinlərin effektivliyini azaldacaq və ya onları təsirsiz hala gətirəcək yeni variantlar üzə çıxacaq,” Brown Universitetindən Dr. Aşiş K. Jha bildirir.

Bu yaxınlarda keçirilən rəy sorğusunun nəticələrinə görə, amerikalıların böyük bir hissəsi Baydenin başçılığı ilə hazırlanan və pandemiya başlayandan bəri qəbul olunan beşinci yardım paketini dəstəkləyir. Lakin Konqresin pandemiya ilə mübarizə üçün rekord məbləğdə pul xərclədiyini nəzərə aldıqda xarici yardımın maliyyələşdirilməsinə dəstək almaq çətin olub.

“Qəbul etmək lazımdır ki, Birləşmiş Ştatların sərhədləri daxilində COVID-dən qurtulmaq, cəmiyyəti yenidən açmaq, iqtisadiyyatı bərpa etmək yalnız bunu hər bütün dünyada etdiyimiz zaman mümkün olacaq və biz ölkəmizi təcrid olunmuş bir ada olaraq görməməliyik,” Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Stefen Morrison bildirir.

Prezident Baydenin qanun layihəsini imzalamasının ardınca bir çox aşağı və orta gəlirli amerikalılar bir neçə gün ərzində 1400 dollarlıq yardım pulu alacaqlar.

XS
SM
MD
LG