Accessibility links

ABŞ prezidenti Ağ Evdə İtaliyanın baş nazirini qəbul edib


ABŞ prezidenti Ağ Evdə İtaliyanın baş nazirini qəbul edib.

Donald Tramp Cuzeppe Kontenin misilsiz bir iş gördüyünü bildirib.

Ağ Ev bəyanatında deyilir ki, tərəflər arasında qlobal münaqişələrin həllində əməkdaşlıq, iqtisadi firavanlıq və ölkələr arasında mədəni və tarixi əlaqələr müzakirə mövzusudur.

Konte İtaliyanın baş naziri vəzifəsinə koalisya razılığı ilə təyin edilib. Razılıq Liqa və 5 Ulduz hərəkatı tərəfindən martın 4-də əldə edilib.

Bu iki partiya Konteni bu vəzifəyə kompromiz olaraq təyin edib. İtaliya lideri olduqdan sonra Konte Trampın güclü dəstəkçisi kimi çıxış edir.

Tramp onunıa indiyədək iki dəfə görüşüb. Görüşləri Böyük Yeddilik və NATO sammitləri çərçivəsində baş tutub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG