Accessibility links

ABŞ prezidenti Amerika qüvvələrinin Suriyadan çıxarılmasını müdafiə edib


ABŞ prezidenti bu gün yazdığı bir sıra tvit şərhlərində ABŞ qüvvələrinin Suriyadan çıxarılmasını müdafiə edib.

ABŞ-ın Suriyadakı mövcudluğu dəyərli həyatlar və trillionlarla dollar itkisindən başqa bir şey deyil

Tənqidçilərinə cavab olaraq prezident bildirib ki, ABŞ Yaxın Şərqdə polis olmaq istəmir.

Tramp deyib ki, ABŞ-ın Suriyadakı mövcudluğu dəyərli həyatlar və trillionlarla dollar itkisindən başqa bir şey deyil.

Prezident Rusiya İran və Suriyanın İŞİD-ın yerli düşmənləri adlandıraraq, onların işini ABŞ-ın gördüyünü qeyd edib.

Dünən Ağ Ev bəyan edib ki, Birləşmiş Ştatlar Suriyadakı bütün hərbçilərini bu ölkədən çıxarmağa başlayıb.

Prezident Donald Tramp yazdığı tvitdə qeyd edib ki, “İŞİD Suriyada məğlub edilib və bu, orada olmağın yeganə səbəbi idi”.

Qərarın qəbulu ABŞ-ın Suriyadakı hərbi mövcudluğunun üzun müddət davam edəcəyinə dair fərziyyələri aradan qadırıb. ABŞ-ın müdafiə naziri və digər rəsmilər İslam Dövlətinin yenidən qüdrətlənməsinin qarşısını almaq üçün qüvvələrin orada saxlanmasını istəyirdi.

Tramp bu ilin əvvəllərində ABŞ qoşunlarının “çox tezliklə” Suriyadan çıxarılacağını vəd etmişdi.

Hazırda Suriyada 2 minədək ABŞ hərbçisi var. Onların əksəriyyəti özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı döyüşən kürd və ərəb qüvvələri ilə birlikdə işləyir.

ABŞ əsgərlərinin əksəriyyəti şimal-şərqi Suriyadadır. Onlar ərazinin İŞİD qüvvələrindən azad edilməsində Suriya Demokratik Qüvvələrinə kömək edir.

SDQ-nin özəyini kürd YPG qüvvələri təşkil edir.

XS
SM
MD
LG