Accessibility links

ABŞ prezidenti Amerikanın ticarət tərəfdaşlarını yenidən tənqid atəşinə tutub


ABŞ prezidenti Amerikanın ticarət tərəfdaşlarını yenidən tənqid atəşinə tutub. Donald Tramp Avropa və Kanadanın ticarət pozuntularına dözülməyəcəyini bildirib.

O deyib ki, ABŞ NATO-nun bütün məsrəflərini ödədiyi halda digər üzv ölkələr Amerika ilə ticarətdən bəhrələnir.
"Biz Avropanı böyük maliyyə itkisi qarşılığında müdafiə edirik (yaxşı haldır) . Lakin bunun əvəzində ticarətimizi dağıdırıq. Dəyişiklik gəlir!"- deyə, prezident tvit edib.
NATO ölkələri gəlirlərinə uyun şəkildə ödənişlər edir. Dünyanın zəngin ölkələrindən biri olduğu üçün Amerikanın payına daha yüksək məbləğ düşür. Üzv ölkələr həm də hərbi büdcələrinə əsasən pul köçürür. Amerika isə müdafiə sahəsinə digər ölkələrdən daha çox vəsait ayırır.

Tramp tvitləri Şimali Koreya lideri ilə görüşəcəyi Sinqapurdan edir. ABŞ prezidenti Sinqapura Böyük yeddiliyin Kanada sammitindən yola düşüb.

Birləşmiş Ştatların Kanada, Meksika və Avropa İttifaqından polad və alüminium idxalına yüksək tariflər tətbiq etməsi bu ölkələrin qəzəbinə səbəb olub.

Artıq Kanada ilə Meksika cavab tədbirləri də qəbul edib.

Beynəlxalq ticarətlə yanaşı Kanada sammitində ABŞ-la onun müttəfiqləri arasında iqlim dəyişikliyi məsələsində də fikir ayrılığı olub.

Bundan başqa sammit iştirakçıları, Donald Trampın Rusiyanı “Böyük yeddilər” ölkələri qrupuna qaytarmaq təklifini qəbul etməyib.

ABŞ prezidenti sammitdən öncə deyib ki, Böyük Yeddilik (G7) ölkələri Rusiyanın qrupa qayıtmasına imkan verməlidirlər.

XS
SM
MD
LG