Accessibility links

ABŞ prezidenti bir daha Meksika ilə sərhədləri bağlayacağı ilə hədələyib


ABŞ prezidenti Konqresin divarın inşasına maliyyə vasitəsi ayrırmadığı təqdirdə bir daha Meksika ilə sərhədləri bağlayacağı ilə hədələyərək, Honduras, Qvatemala və Salvadora yardımları kəsəcəyini deyib.

Donald Tramp tvitlərinin birində ABŞ-ın boynuna yük olan gülünc mühacirət qanunlarının dəyişməli olduğunu bildirib.

Prezidentin dedikləri hökumətin qismən bağlanmasının 7-ci gününə təsadüf edir.

Hökümət prezident Donald Trampın ABŞ-Meksika sərhədində divar inşa etmək üçün 5 milyard dollar tələb etməsi və Demokrat Partiyasının liderlərinin bunun əvəzində digər sərhəd təhlükəsizliyi xərclərinə 1,3 dollar ayrılmasını təklif etməsindən sonra bağlanıb.

Konqresin demokrat liderləri isə Trampın hökumətin bağlanmasını istədiyini, lakin bunun altından necə çıxacağını bilmədiyini deyir.

ABŞ prezidenti Donald Trump bundan əvvəl hökumətin bağlanmasına görə məsuliyyət daşımaqdan qürur duyacağını bildirmişdi.

Dekabrın 21-də isə o, “Tvitter”də yazıb ki, hökumətin bağlanmasına görə demokratlar cavabdehlik daşıyır.

Hökümətin bağlanması ilə 800000 federal işçi işə getmir və işləmədikləri günlərə görə onlara maaş ödənilmir.

XS
SM
MD
LG