Accessibility links

Donald Tramp gələn həftə BMT-də çıxış edəcək


ABŞ Prezidenti Donald Tramp gələn həftə BMT-də çıxışında İrandan, İngiltərədə Skripalların zəhərlənməsindən, kimyəvi silahlardan və Şimali Koreyadan danışacaq. Bunu Birləşmiş Ştatların BMT-dəki səfiri deyib.

“İrana dair əsl müzakirə aparmağımızın vaxtı çatıb və prezident Təhlükəsizlik Şurasına sədrlik edəndə bunu görəcəyik. Əminəm ki, bu, Təhlükəsizlik Şurasının indiyədək ən çox baxılan iclası olacaq”, - Nikki Heyli sentyabrın 20-də Fox News-a bildirib.

Sentyabrın 25-də BMT Baş Assambleyasının rəsmi açılış mərasimində Tramp çıxış edəcək, ertəsi gün isə Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək. Həmin iclasda İran, nüvə silahlarıının yayılmaması, Suriya və Britaniyada kimyəvi silah hücumları müzakirə olunacaq.

“İranla bağlı prezident bizim geri çəkilməli olduğumuzu düşünmür. Onların təhlükəli olduğunu düşünür. O düşünür ki, problemlər var və beynəlxalq ictimaiyyət onları nəzərə almalıdır”, səfir söyləyib.

Tramp mayda İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu açıqlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünə işarə edib
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG