Accessibility links

ABŞ prezidenti hökumətin xərclərinin iki həftə uzadılmasına razılıq verəcəyini bildirib


ABŞ prezidenti hökumətin xərclərinin iki həftə uzadılmasına razılıq verəcəyini bildirib.

Donald Tramp deyib ki, beləliklə sabiq prezident Corc Buş atanın anım mərasimlərinə mane olunmayacaq.

Argentinadan vətəninə qayıdarkən müxbirlələ danışan prezident Konqres liderlərinin Buşun çərşənbə günü dəfni ilə əlaqədar əlavə vaxt istədiklərini deyib.

Hökumətin bəzi əməliyyatları üçün ayrılan fondlar cümə günü bitməlidir. Baxmayaraq ki, hökumətin büdcəsinin əksəriyyəti gələn sentyabradək təsdiq edilib.

Tramp və qanunverilər son zamanlar Meksika sərhədlərinə 5 milyyardlıq hasar çəkilişi barədə razılığa gələ bilmir.

ABŞ lideri bu yolla Mərkəzi Amerikadan Amerikaya üz tutan qaçqın karvanının qarşısını almağa çalışır.

Tramp daha əvvəl Meksika sərhədlərini bağlanacağı ilə hədələyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın keçmiş prezidenti ölkəsinə qayıdıb
please wait

No media source currently available

0:00 0:11:42 0:00
XS
SM
MD
LG