Accessibility links

ABŞ prezidenti: "Heç vaxt Rusiya üçün işləməmişəm"


ABŞ prezidenti heç vaxt Rusiya üçün işləmədiyini bəyan edib. Donald Trampın bu bəyanatı onun Rusiya və Rusiya prezidenti Vladimir Putinlə səmimiyyəti haqda yayılan xəbərlərdən bir neçə gün sonra səslənib.

ABŞ dövlət başçısı müxbirlərin buna dair sualının cavabında "düşünürəm ki, belə bir sualın özü rüsvayçılıqdır" - deyə, bildirib.

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə keçən il iyul ayında Helsinkidə zirvə görüşü də daxil olmaqla, onlar arasında baş tutan beş görüş zamanı danışıqlarının detallarını saxladığı haqda məlumatları rədd edib.

Şənbə günü axşam Fox tele kanalının aparıcısı Cenin Pirro prezidentdən onun nə vaxtsa Rusiya üçün işləyib-işləmədiyni soruşduqda Tramp buna bu sözlərlə cavab verib: “Fikrimcə, bu, mənə verilən ən təhqiredici sualdır. Mənə elə gəlir ki, bu, ən təhqiredici bir məqalədir. Əgər siz onu oxusanız görərsiniz ki, onlar heç bir şey tapmayıblar.”

Tramp bununla New York Times qəzetində Federal Təhqiqat Bürosunun rəsmilərinin onun “bilərəkdən Rusiyaya işləyib-işləmədiyi, ya da bilmədən Moskvanın təsiri altına düşüb-düşmədiyi” ilə bağlı təhqiqata başladıqları haqda məqaləyə reaksiya verib.

Məqalədə deyilib ki, buna səbəb Trampın 2017-ci may ayında Rusiya təhqiqatına rəhbərlik edən Federal Təhqiqat Bürosunun o zaman rəhbəri olmuş Ceyms Komini vəzifədən azad etdikdən sonra davranışı səbəb olub.

XS
SM
MD
LG