Accessibility links

ABŞ prezidenti mübahisəli mühacirət siyasətini müdafiə edib


ABŞ prezidenti mübahisəli mühacirət siyasətini müdafiə edib. Belə ki, müxalif demokratlar mühacirətə nəzarət agentliyinin ləğv edilməsinə çağırır.

"Demokratlar kimi də tanınan liberal solçular fantastik iş görən agentliyin bağlanmasını və sərhədlərin açılmasını istəyir. Cinayət artacaq, nəzarətdən çıxacaq" - deyə, Tramp Twitter hesabında yazıb.

Fox News-a müsahibəsi zamanı prezident deyib ki, əgər demokratlar agentliyin bağlanması tələbini davam etdirsələr, seçkilərdə qalib gəlmə şanslarını itirəcəklər.

Dünən Amerika boyu on minlərlə insanın iştirakı ilə Tramp administrasiyasının
"sıfır tolerantlıq" siyasətinə qarşı aksiyalar keçirilib.

Nümayişçilər Meksika sərhədlərini qanunsuz keçdiklərinə görə həbs edilənlərlə bağlı qayğılarını dilə gətirərək valideynlərin ayrılan 2 mindən çox uşağın ailələrinə qaytarılmasını tələb edib.

Qanunsuz mühacir valideynlərindən ayrılan 2300-dən artıq uşağın 3 valideyni ABŞ hökumətini məhkəməyə verib.

ABŞ prezidenti mühacir uşaqların ailələrinə qaytarılmasına dair sərəncam imzalayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG