Accessibility links

ABŞ prezidenti Meksika ilə sərhədləri bağlayacağı ilə hədələyib


ABŞ prezidenti Meksika ilə sərhədləri bağlayacağı ilə hədələyib. O, hökumətin sənədsiz miqrant axınının ölkəyə girişinə nəzarət edə bilməsə, Meksika ilə gündəlik 1.68 milliard dollarlıq ticarət əlaqələrini kəsəcəyini deyib.

Donald Tramp Şükran bayramını keçirdiyi Florida ştatında müxbirlərə görüşü zamanı müdafiə naziri Cim Mattisin ABŞ-ın sərhədlərdəki qüvvələrinin səlahiyyətinin artırılmasına dair şərhini təsdiqləyib.

Tramp administrasiyası Birləşmiş Ştatlarla Meksika arasındakı sərhəd qoşunlarına hüquq-mühafizə qaydalarından istifadə etmək, zəruri hallarda öldürmə icazəsi verib.

ABŞ müdafiə naziri Cim Mattis çərşənbə günü müxbirlərlə görüşü zamanı bunu təsdiq edib və deyib ki, Nazirlər Kabinetinin təqdim etdiyi təlimatı prezident Donald Tramp deyil, Ağ Evin qərargah rəisi Con Kelli imzalayıb.

Cim Mattis təlimatdakı göstərişləri yüngülləşdirdiyini, hərbi polisin yalnız qalxan və dəyənəklərdən istifadə edəcəyini deyib və əlavə edib ki, səthəd qoşunlarının çoxu silahlanmayıb.

Mattis sərhəddə qoşunların güc tətbiq etməsinə son əmri yalnız onun özünün verə biləcəyini deyib.

Donald Trampın Birləşmiş Ştatların cənub sərhədinə səfərbər etdiyi aktiv vəzifəli ABŞ qoşunlarının sayı 5800, Milli Qvardiya qoşunlarının sayı isə 2100 nəfərdir.

XS
SM
MD
LG