Accessibility links

Tramp prezidentliyi ilə bağlı yeni kitabı tənqid atəşınə tutub


ABŞ prezidenti prezidentliyi ilə bağlı yeni kitabı tənqid atəşınə tutub. Donald Tramp bildirib ki, kitabda yazılanlar uydurulmuş hekayələrdir və bu, ictimaiyyətə kələk gəlmək mahiyyəti daşıyır.

Ağ Evin aparıcı nümayəndələri də kitabdakı faktları rədd edib. Prezident Aparatının rəhbəri Con Kelli kitabı insanları ləkələmək cəhdi kimi qiymətləndirib.

Kitabda hazırkı administrasiyanın ilk 19 ayı ərzində “inzibati inqilab” və “əsəb gərginliyi” yaşadığı yazılıb.

Bod Vudvord
Bod Vudvord

Prezident Tramp kitabın müəllifi, Washington Post -un sabiq müxbiri Bob Vudvordun müxalif Demokrat Partiyasının sifarişi ilə iş gördüyünü sual edib.

1974-cü ildə Vudvordun təhqiqatları prezident Riçard Niksonun hakimiyyətdən uzaqlaşdıılmasına yol açmışdı.

"Qorxu,Tramp Ağ Evdə" adlı 448 səhifəlik kitab sentyabrın 11-də satışa çıxarılacaq.

XS
SM
MD
LG