Accessibility links

ABŞ prezidenti rəsmi səfərlə Yaponiyadadır


Birləşmiş Ştatlar prezidenti Barak Obama müttəfiqləri Vaşinqtonun Sakit okeanı bölgəsində balanslaşdırma siyasətinə sadiq qaldığına əmin etmək məqsədilə Asiyanın dörd ölkəsinə səfərinin ilk dayanacağı olan Yaponiyadadır.

Cənab Obamanın səfəri zamanı Çinin ərazi iddiaları və Şimali Koreyanın nüvə proqramı kimi bir sıra məsələlərin diqqət mərkəzində olacağı gözlənilir.

Asiyaya səkkiz güb sürəcək səfərini Yaponiyadan başlayan cənab Obama Tokioda ölkənin baş naziri Şinzo Abe ilə görüşəcək.

Yaponiyadan sonra cənab Obama Cənubi Koreya, Malayziya və Filippinə səfər edəcək.
XS
SM
MD
LG